Ankara NATO sammitindən əvvəl 13 günlük pilotsuz uçuş aparatlarına qadağa qoyub
Ankara hakimiyyəti 7-8 iyul tarixlərində keçiriləcək NATO sammiti ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib.
Bu barədə Türkiyə paytaxtının qubernatorluğu məlumat verib.
28 iyun - 10 iyul tarixləri arasında Ankarada mitinqlər, nümayişlər, mətbuat konfransları və ictimai bəyanatlar da daxil olmaqla bütün ictimai tədbirlərə qadağa qoyulacaq. Çadırların quraşdırılması, vərəqələrin paylanması, plakatlar və digər təşviqat materiallarından istifadə də qadağandır.
Bundan əlavə, xüsusi icazə istisna olmaqla, bu müddət ərzində Ankaranın hava məkanında dron uçuşları qadağan ediləcək.
Hakimiyyət orqanları həmçinin təhlükəsizlik qüvvələrinə zirvə görüşləri keçirilən ərazilərə, eləcə də rəsmi nümayəndə heyətlərinin marşrutları boyunca nəqliyyatın hərəkətini və ictimai girişi məhdudlaşdırmaq səlahiyyəti verib.
TRT Haber-in məlumatına görə, bu tədbirlər ictimai asayişi və NATO zirvə görüşləri iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.