Türkiyədə İsa Məsihin nadir 3-cü əsrə aid freskası aşkar edilib
Türkiyədəki arxeoloqlar İsa Məsihi Yaxşı Çoban kimi təsvir edən nadir bir freska aşkar ediblər.
Bu barədə Daily Star məlumat yayıb.
III əsrə aid olan rəsm əsəri İznik şəhəri yaxınlığındakı yeraltı məzarda aşkar edilib. Freskada İsa çiyinlərində bir uşaq və ayaqlarında dörd heyvan olan gənc bir çoban kimi təsvir olunub.
Arxeoloq Gülsen Kutbay qeyd edib ki, bu, İsanın Roma xüsusiyyətləri ilə təsvir edilməsinin nadir bir nümunəsidir. Mütəxəssislərin fikrincə, freskanın tarixi konteksti xüsusi əhəmiyyət kəsb edir: 325-ci ildə xristianlar şiddətli təqiblərə məruz qaldıqdan sonra Nikeyada (indiki İznik) Nikey inancı qəbul edilib.
Xristianlığın əsas simvolu kimi xaçdan əvvəl mövcud olan Yaxşı Çoban obrazı xilas və ilahi qoruma ideyalarını ifadə edirdi.
Bu yaxınlarda İsraildə aparılan arxeoloji qazıntılar zamanı 12 yaşlı məktəblinin 1500 ildən çox yaşı olan qiymətli bir daş tapdığı bildirilib. Yeni Əhdi-Cədidə görə, arxeoloqların işlədiyi yer İsa tərəfindən lənətlənib.
Mütəxəssislər tapıntının nikolo adlanan nadir bir agat növü olduğunu müəyyən ediblər. Ehtimal ki, daş bir vaxtlar Roma və ya Bizans imperiyasından olan bahalı bir zərgərlik əşyasını bəzəyirdi.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.