Azərbaycan və Portuqaliya səfirlik mübadiləsi aparacaq
Azərbaycan Portuqaliyada səfirlik açacaq və Portuqaliya tezliklə Bakıda diplomatik nümayəndəliyinin açılması üzərində işə başlayacaq.
AZpressTİMES.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında "Portuqaliya Respublikasında (Lissabon) Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə edilib və bir oxunuşda qəbul edilib.
Parlamentin Beynəlxalq və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin inkişafı qarşılıqlıdır.
O qeyd edib ki, "Biz Portuqaliyada səfirlik açırıq və Portuqaliya da tezliklə Azərbaycanda səfirliyini açacaq".
Diplomatik nümayəndəliklərin açılması Bakı ilə Lissabon arasında siyasi, iqtisadi və humanitar əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıyır.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.