Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”
Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Azərbaycan poeziyasının istiqlal şairi Əhməd Cavadın “Çırpınırdın Qara dəniz” şeiri təqdim olunur.
Azərbaycan ədəbiyyatı və ictimai-siyasi fikir tarixində müstəsna yerə malik olan Əhməd Cavad (1892–1937), milli istiqlal ideallarını poeziyaya çevirən dahi sənətkarlardandır. Əhməd Cavad yaradıcılığında milli müstəqillik, vətənpərvərlik və türkçülük ideyaları əsas xətti təşkil edir.
Dövlətin ən böyük əsəri onun himnidir. Üçrəngli bayraq emblemi və üçrəngli poeziya yaddaşlara ilk və hamıdan əvvəl Əhməd Cavad qələmi ilə həkk olunmuşdur. Qafqaz, Turan, Türk dünyasını “Çırpınırdın Qara dəniz” şeirində şahanə üsulla vəsf edən Əhməd Cavad Turan elinin dalğalanan bayrağına baxaraq hayqıran Qara dənizi birlik, mücadilə eşqiylə çırpınan təsvir etmişdir.
Çırpınırdı Qara dəniz
Baxıb türkün bayrağına.
Şeirlərlə bərabər, publisist məqalə və nəsr əsərlərinin müəllifi olan Əhməd Cavad U.Şekspir, A.S.Puşkin, M.Qorki, T.Q.Şevçenko, Ş.Rustaveli və b. dünya ədəbiyyatının dahilərinin əsərlərindən tərcümələr etmişdir.
Torpağına can demişəm,
Suyuna mərcan demişəm,
Canımı qurban demişəm...
...Gəlib qızıl vaxtın sənin,
Açılıbdır baxtın sənin...
“Çırpınırdın Qara dəniz” poeziya ilə musiqinin dahi vəhdətindən doğan, zamanın sınağından keçərək bu gün də dövlət səviyyəli tədbirlərdə, rəsmi mərasimlərdə səslənən monumental bir rəmzdir. Əhməd Cavadın bu əsəri sadəcə bir poeziya nümunəsi deyil, Azərbaycan və Türkiyə qardaşlığının, ortaq tarixi taleyinin musiqili pasportudur.
Bir çox şeirlərinə bəstəkarlar mahnılar bəstələnmiş və onlar bu gün də dinlənilməkdədir.
Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda istiqlal şairi Əhməd Cavad haqqında məlumat verir. Şairin “Çırpınırdın Qara dəniz” şeirinə dahi bəstəkar, Xalq artisti Üzeyir Hacıbəylinin bəstələdiyi mahnı Xalq artisti Azərinin ifasında videoçarxda yer alır.
Videoçarx kitabxananın YouTube kanalında verilib:










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.