Avstraliya hərbçiləri Polşada ukraynalı əsgərlərə təlim keçəcək
Avstraliya Müdafiə Qüvvələri Kiyevə davamlı dəstəyin bir hissəsi olaraq Polşada Ukrayna əsgərlərinin təlimində iştirak edəcək.
Bu barədə 2 iyunda Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Marles məlumat verib.
Müdafiə Nazirliyinin mətbuat xidməti onun sözlərinə istinadən bildirib ki, "Avstraliya Müdafiə Qüvvələrinin şəxsi heyəti Avstraliyanın Ukraynanın müdafiəsini dəstəkləmək üzrə davam edən öhdəliyinin bir hissəsi olaraq Polşada Ukrayna əsgərlərinə təlim keçəcək".
Marlesin sözlərinə görə, Kudu əməliyyatının bir hissəsi olaraq, Avstraliya qüvvələri 3650-dən çox Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçüsünə əsas piyada bacarıqları, taktikaları və komandanlıq prinsipləri üzrə təlim keçib.
2023-cü ilin yanvar ayından bəri Kudu əməliyyatı Böyük Britaniyanın rəhbərlik etdiyi İnterfleks missiyası ilə əməkdaşlıq edir. Bu iş Norveçin rəhbərlik etdiyi Legio əməliyyatının bir hissəsi olaraq davam edəcək.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.