Moskva Kiyevin hərbi infrastrukturuna yeni zərbələr endirməklə hədələyib
Rusiya Xarici İşlər Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Kiyevdəki hərbi obyektlərə qarşı "sistemli zərbələr" endirdiyini açıqladı.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Bəyanata görə, zərbələr Ukrayna dronlarının dizaynı, istehsalı və istifadəyə hazırlanması ilə məşğul olan obyektləri, eləcə də qərar qəbuletmə mərkəzlərini və komandanlıq məntəqələrini hədəf alacaq.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin xarici vətəndaşların Kiyevi mümkün qədər tez tərk etmələrini və Ukrayna paytaxtının sakinlərinə hərbi və inzibati infrastrukturun yerləşdiyi ərazilərdən uzaq durmalarını tövsiyə edib.
Rusiyanın bəyanatında bildirilir ki, bu tədbirlər Ukrayna Silahlı Qüvvələrinin son hücumlarına cavab olaraq həyata keçirilir.
Moskvanın məlumatına görə, 22-23 may gecəsi Ukrayna pilotsuz təyyarələri Luqansk Pedaqoji Universitetinin Starobilsk Peşə Kollecinin akademik binasına və yataqxanasına zərbə endirib. Rusiya hakimiyyəti iddia edir ki, hücum zamanı içəridə 14-18 yaş arası 86 yeniyetmə olub.
Bəyanata görə, zərbə nəticəsində 21 nəfər ölüb, 42 nəfər yaralanıb.
Hazırda bu məlumatın müstəqil təsdiqlənməsi yoxdur.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.