Ararat Mirzoyan: "Bizim artıq Azərbaycanla əsl sülhümüz var"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmasa da, artıq sülh bərqərar olub.
Mirzoyan bu açıqlamanı İrəvan Dialoqu beynəlxalq konfransı çərçivəsində keçirilən müzakirə zamanı verib.
"Artıq əsl sülhümüz var. Son bir ildə Azərbaycanla sərhəddə heç bir insident baş verməyib və sərhəd atəşindən heç bir itki olmayıb. Üstəlik, Azərbaycan öz ərazisindən Ermənistana malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, artıq sülhə doğru atılan böyük bir addımdır. Biz həmçinin Azərbaycanla ikitərəfli ticarətə başlamışıq, Azərbaycandan neft məhsulları almışıq və bəzi malları Azərbaycan şirkətlərinə də satacağıq. Bu, sülhün əsl sübutudur. Deyə bilmərəm ki, bütün məsələlər həll olunub. Çox qanlı münaqişəmiz olub, yaralar hələ də təzədir və hər iki xalqın hələ də həqiqi barışığa ehtiyacı var. Həll olunmamış məsələlər, xüsusən də humanitar məsələlər var. Amma yol çox nikbindir", - deyə Ararat Mirzoyan bildirib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.