Polşa 2030-cu ilə qədər Avropanın ən böyük ordusunu yaratmağı planlaşdırır
Polşa 2030-cu ilə qədər Avropada ən böyük ordu yaratmağı planlaşdırır.
Bu barədə 6 may tarixində Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamış Defence24DAYS silah sərgisinin açılışında bildirib.
Vladislav Kosiniak-Kamış qeyd edib ki, "2030-cu ilə qədər strateji məqsəd orduda 500.000 əsgərin - həm ehtiyatda olanların, həm də aktiv əsgərlərin olmasıdır".
Nazirin sözlərinə görə, milli təhlükəsizlik vətəndaşların iştirakı olmadan mümkün deyil. O, ölkənin böhran vəziyyətlərində dayanıqlığının təmin edilməsində mülki hazırlığın, müdafiə təliminin və ictimai iştirakın vacibliyini vurğulayıb.
Kosiniak-Kamış qeyd edib ki, Polşa ordusu Ukraynadakı münaqişənin təcrübəsinə əsaslanaraq, o cümlədən pilotsuz sistemlərin və yeni texnologiyaların geniş istifadəsi əsasında transformasiya keçir. O bildirib ki, Avropa öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımalı, ABŞ-nin rolunu əvəz etməməli, əksinə öz müdafiə qabiliyyətlərini gücləndirməlidir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.