Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər
Şuşa İndoneziya şəhəri ilə qardaşlaşa bilər.
Bu fikir Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi arasında keçirilən görüşdə səsləndirilib.
Ə. Kərimov səfirə Şuşada aparılan bərpa və tikinti işləri, infrastrukturun yenilənməsi və sakinlərin köçürülməsi barədə məlumat verib. O, ölkənin mədəniyyət paytaxtı üçün bərpa və yenidənqurma layihələrinin Şuşanın özünəməxsus memarlıq ənənələrinə və Azərbaycan xalqının milli dəyərlərinə əsaslandığını qeyd edib.
B. Helmi öz növbəsində vurğulayıb ki, İndoneziya şəhərinin Şuşa ilə qardaşlaşması gələcəkdə iki ölkə arasında münasibətlərə layiqli töhfə ola bilər.
Görüşdə iki ölkə və xalqlar arasında ikitərəfli münasibətlər, eləcə də dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi səyləri də müzakirə olunub.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.