Əpoş Vəliyev:
Bir kadrla ölçülməyən ömür: Alimə hörmət haradadır?
Ötən gün AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmilərinin iştirak etdiyi toplantıda illik hesabatlar təqdim olunub, ötən ilin elmi nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.
Belə ki, toplantıda alimlərin yatması ilə bağlı yayılan fotolar sosial mediada tənqid mövzusuna çevrilib. Bəzi jurnalistlərin iclas zamanı alimlərin yuxuya getdiyi anları çəkərək onları istehzalı şəkildə təqdim etməsi geniş etiraz doğurub.
Lakin elmi mühitdə iştirakçıların bu cür qeydə alınması və məsxərəyə çevrilməsi doğru deyil və etik prinsiplərə ziddir. Belə halların diqqəti elmi müzakirələrdən yayındırdığı vurğulanır.
AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Crossmedia.az-a mövzu ilə bağlı münasibətini bildirib:
"Cəmiyyətin inkişafı elmə və alimə münasibətdən başlayır. Son günlər sosial şəbəkələrdə və bəzi platformalarda yaşlı alimlərin bir anlıq görüntüsü üzərindən lağlağı hədəfinə çevrilməsi düşündürücüdür. Halbuki “hesabatda mürgüləyən” bir alimin kağıza yazılmış tərcümeyi-halı ona istehza edənlərin cəminin çəkisindən daha ağırdır.
Bu gün istehza edənlərin neçəsi Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasına gedib?
Neçəsi orada toplanmış minlərlə elmi nəşrə baxıb, beynəlxalq və respublika konfranslarının materiallarını vərəqləyib, alimlərin illərlə zəhmətlə ərsəyə gətirdiyi məqalələri oxuyub? Bir kadrın arxasında dayanan onillik zəhməti görmək üçün elm mühitinə yaxından baxmaq kifayətdir".
Müsahibin sözlərinə görə, alimin dəyəri sosial şəbəkə reaksiyaları ilə yox, illərlə formalaşan elmi irsi ilə müəyyən olunur:
"Bəs niyə Azərbaycan Milli Elmlər Akademiyası tez-tez hədəf seçilir? Çünki elm populizmlə qidalanmır. Onun “reklam müqaviləsi” adı ilə mətbuata təqdim ediləcək aylıq paketi yoxdur, troll ordusu saxlamır. Elm səs-küylə deyil, nəticə ilə danışır.
Yaşlı alimini və elmini məsxərəyə qoyan cəmiyyət öz gələcəyini kiçildir.
Alimini lağlağı obyekti edən cəmiyyət zamanla elmi əsaslı düşüncə qabiliyyətini itirir, innovasiya potensialı zəifləyir və qlobal rəqabətdə geri qalır. Elmə hörmət isə təkcə alimə deyil, ölkənin gələcəyinə sərmayədir".
* * *
Başqa sahələrdən fərqli olaraq alimlər çalışırlar ki, onların gözəl yetirmələri olsun, ay xanım. Ancaq o məvaciblə gənclər işləmək istəmir. Çünki alimin bu cəmiyyətdə toy müğənnisi qədər dəyəri yoxdur.
Вафа Махмудова Doğru , necə yaralı yerimizdir. Bir Alim göstərin böyük villası olsun . Yaxud o qədər tələbə yetişdirib , onların coxu yüksək vəzifədə, kiminsə hesabına savadından asılı olmayaraq vəzifədədirlər. Amma alimlər elə öyrəşdiyi sahənin sahibi olub , az maaşa qane olub , yaradıcı insanlardır. İçim sanki qan ağlayır. Bu şəkilləri yayanların allah onların başına gətirsin deyim və olacaq. Heyf biz görmiyəcəyik
ALİMLƏRƏ HÖRMƏT VƏ EHTİRAM OLMASA, CƏMİYYƏTİN DEQREDASİYASI DAHA DA SÜRƏTLƏNƏCƏK. O ŞƏKLİ HANSI SA SİFARİŞLƏ ÇƏKİB PAYLAŞAN DOST. ALİMLƏRİN ÖLKƏMİZƏ, ELMƏ VERDİYİ TÖHFƏLƏRİN ZƏRRƏSİ QƏDƏR BİR İŞ GÖRMÜSÜNÜZMÜ?
Bu foto kadırları müxtəlif vaxtlarda çəkərək Alimlərimizi ğözdən salmaq peşakar olduğundan çox iş verən olmasının ğöstəricisidir.Əsil jurnalist Alimin yazıb yaratdığı məqalələri əsərləri yekunda kitabları cəmiyyətə təqdim etməlidir.
Çox sağ olun. Ürəyimdən keçənləri dediniz. Bu xalq nə istəyir heç özüdə bilmir
Gənc alimləri yetişdirən də bu indi bəyənmədiyiniz Alimlərdir. Allah onlara uzun ömür versin Gənc alimlərin başının üstünde olsunlar
Gənclərin elmə niyə marağı yoxdur və gənclər niyə elm sahəsində işləmək istəmir? Bu məsələyə aydınlıq gətirmək üçün bir sıra məsələləri araşdırmaq lazımdır. Əvvala Azərbaycanda alimə elə də hörmət qoyulmur. Alimlərin maaşı çox- çox aşağı səviyyədədir. Elmi- tədqiqat işlərini müasir tələblər səviyyəsində aparmaq üçün cihazlar yox dərəcəsindədir. Köhnə istismar vaxtı keçmiş, heç vaxt metroloji baxışdan keçməyən cihazlarla hansı elmi nəticə əldə etmək olar? Alimlərin elmi tədqiqat işlərinin aparması və normal yaşaması üçün şərait qənaətbəxş deyil! Elmi ezamiyyələr və başqa ölkələrin elmi laboratoriyalarında təcrübə toplamaq üçün heç bir şərait yaradılmır! Elmə ayrılan pullar çox azdır və bu pullar lazımsız yerlərə xərclənərək şişirdilmiş qiymətlərlə silinir. Bizim alimlər dolanmaq üçün hər yerə üz tuturlar. Bəziləri repititerliklə, saat hesabı dərs keçməklə, bir neçə ali məktəblərdə yarımştat işləməklə, gecə qarovulçuluq etməklə, Binə və Sədərək bazarlarında alver etməklə dolanışıq üçün çörək pulu qazanırlar. Elə buna gprə də gənclər elm sahəsinə gəlmirlər və gəlmək də istəmirlər! Tutaq ki, gənclər elmə gəldi, onda nə olacaq? Ev yox, dolanışıq üçün məvacib az. Siz deyin, 500 manat alan gənc alim, özü də rayon uşağı, bu pulu kirayəyə ödəsin, yoxsa paltar alsın, yoxsa ərzaq alsın? Onda deyirlər ki, başqa yerdə də işləsin. Onda da alimin gördüyü işlərdən keyfiyyət və nəticə gözləmə! Gənclərin sosial problemri yığın- yığındır. Ailə yox, ev- eşik yox! Bu gənclər nə vaxt ailə qurmalıdılar? 40, 50, 55 yaşlarındamı? Gənc ailələrin boşanma statistikasına bir baxın! Heç kim heç nə ilə maraqlanmır. Yalandan formal olaraq iclaslar keçirirlər və hər şeyin ala olduğunu pafosla söylərlər. Hörmətli cənablar, vətəndaşlar, yoldaşlar öz mövqeyinizi münasibətinizi bildirin. Vaxtında həyacan təbili çalmaq lazımdır!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.