İraq sularında tankerlərə edilən hücumda həlak olan şəxsin milliyyəti məlum olub
İraq sahillərində tankerlərə edilən qayıq hücumunda bir hindistanlı dənizçi həlak olub.
CBS televiziya kanalının məlumatına görə, ölən şəxs Marşal Adaları bayrağı altında üzən Safesea Vishnu tankerinin heyət üzvü olub.
Daha əvvəl bildirilmişdi ki, Malta bayrağı altında üzən Safesea Vishnu və Zefyros tankerlərinə 12 mart gecəsi İraqın Umm Qasr limanı yaxınlığında partlayıcı maddələr daşıyan qayıqlar tərəfindən hücum edilib. Qayıqlarla toqquşma nəticəsində tankerlərdə yanğın baş verib.
İraq təhlükəsizlik xidmətlərinin mətbuat mərkəzinin rəhbəri general Saad Maan daha sonra İraq xilasedicilərinin yanan tankerlərdən 38 dənizçini təxliyə etdiyini və onlardan birinin öldüyünü açıqlayıb. Mərhumun vətəndaşlığı o vaxt açıqlanmayıb.
Hadisəyə görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.