Mbappe hakimləri təhqir etdi
"Real Madrid"in hücumçusu Kilian Mbappe hakimlər heyətinə ünvanladığı sərt ifadələrə görə cəzalandırılmayacaq.
Fransız hücumçu hakimlərdən ofsayd qərarını aydınlaşdırmağa çalışıb. Hakimlər onun apellyasiyasını qulaqardına vurduqda, Mbappe hakimləri tuneldə "təlxək" adlandırıb.
Mənbənin məlumatına görə, oyunçunun təhqiramiz ifadələri rəsmi hakim hesabatında əks olunmadığı üçün heç bir intizam tədbiri görülməyəcək. Bu fakt iş üzrə qərara təsir edib.
Xatırladaq ki, La Liqanın 23-cü turunda "Real Madrid" səfərdə "Valensiya"nı 2-0 hesabı ilə məğlub edib. Mbappe ikinci qolu vurub. 23 turdan sonra Madrid klubu liqa cədvəlində "Barselona"dan bir xal geridə qalaraq ikinci yerdədir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.