"Real Madrid" Super Liqa ilə bağlı UEFA ilə razılığa gəldiyini açıqlayıb
"Real Madrid" klubu Avropa Super Liqasının fəaliyyəti ilə bağlı UEFA ilə razılığa gəldiyini açıqladı.
"Real Madrid", UEFA və Avropa Futbol Klubları Assosiasiyası Avropa klub futbolunun xeyrinə yönəlmiş razılığa gəliblər. Madrid klubu əvvəllər Super Liqa ideyasının əsas tərəfdarlarından biri olub.
Bəyanatda vurğulanıb ki, bir neçə ay davam edən müzakirələrdən sonra tərəflər idman ləyaqəti prinsipinə əsaslanaraq, klubların uzunmüddətli dayanıqlığını təmin etmək və müasir texnologiyalardan istifadə etməklə azarkeş təcrübəsini yaxşılaşdırmaq prinsipi əsasında prinsipial razılığa gəliblər.
Qeyd olunur ki, əldə edilən razılaşmalar, razılaşdırılmış prinsiplər tətbiq edildikdən sonra Avropa Super Liqası layihəsi ilə bağlı hüquqi mübahisələrin həllinə də kömək etməlidir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.