11 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranlılar yalnız danışıqlar üçün sağ saxlanılır

İranlılar yalnız danışıqlar üçün sağ saxlanılır

İran ABŞ-dən zərbələr nəticəsində dəyən ziyana görə təzminat tələb edəcək

İran ABŞ-dən zərbələr nəticəsində dəyən ziyana görə təzminat tələb edəcək

Estoniya Ermənistanda səfirlik açdı

Estoniya Ermənistanda səfirlik açdı

Ermənistan vətəndaş cəmiyyətinin nümayəndə heyəti dialoq üçün Azərbaycana gəlib

Ermənistan vətəndaş cəmiyyətinin nümayəndə heyəti dialoq üçün Azərbaycana gəlib

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elman Eldaroğlu: Yaxşı adamları uzaqdan da tanımaq olur…

2 ay əvvəl 103 01

Elman Eldaroğlu:

Yaxşı adamları uzaqdan da tanımaq olur…

Onunla Şamaxıda keçirilən tədbirlərin birində görüşmüşük. Orada dostların çevrəsində o da var idi. Bacardığım qədər müşahidə edib, onu dinləməyə və tanımağa çalışdım. Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi, şair Sona xanım Vəliyevadan onun haqqında elə gözəl sözlər eşitdim ki, müşahidələrimi cilovlayıb sizinlə bölüşmək qərarına gəldim. Onu siz də tanıyın...

Təbiətcə analitikdir. İnsanı diqqətlə nəzərdən keçirib haqqında söz deməyi bacarır. Qürurlu adamdır, amma cansıxıcı, quru deyil. Liderlik keyfiyyətləri var. O, həmişə yenilik axtarır, macəra həvəskarıdır. Risk etməyi, fərqliliyi xoşlayır. Fikri ilə razılaşmayan insanlarla mübahisə etməkdən çəkinmir. Çılğın xarakteri var, insanlara sevgisini necə göstərəcəyini dəqiq bilmir. Nə qədər optimist olsa da, azadlığı uğrunda mübarizə aparmağı bacarır. Onun emosiyalarını hər adam duya bilməz. Bu emosiyaları başa düşmək çətindir. Şən, mehriban xasiyyətinə görə ətrafdakılar tərəfindən sevilir...

Qəşəm Nəcəfzadə onu belə xarakterizə edir: “Mənə elə gəlir ki, o bəzi şeirlərində yerini tez nişan verir, gizləndiyi yerdən tez çıxır, bir az üstünü ay işığı ilə, bir az yağışla, bir az payızla örtməlidir ki, onu axtarsınlar, gəzsinlər və qəflətən, uzun bir dəqiqədən sonra çıxıb desin ki, “mən burdayam.” Azərbaycan poeziyasında onu çox axtardım, bəzən tez tapıldı, bəzən gec. Mən gec tapılan, axtarılan, şeirdə obrazını gizlədən şairləri çox sevirəm və o da orijinal, maraqlı bir şair kimi bu sıradadır. Onun uşaqlıq və gənclik dostu kimi, onu tanıyan, bilən adam kimi deyə blərəm ki, məhz şeirlərində onun obrazı aydın görünür. Mən onun ağlamağını görmüşəm və bilirəm ki, ağlamaq qədər insanı ifadə edən heç bir üslub ola bilməz. Bacısı, ekiztayı rəhmətə getmişdi, mənə xəbər verdi və doyunca ağladı, o hönkürtünü heç vaxt unuda bilmirəm...”

O, həyatı heç vaxt zarafat kimi qəbul etmir. Hadisələri ağılla qiymətləndirməyi bacarır. Heç kimin ağlına gəlməyən hadisələri yaşadığına görə, özü ilə ətrafdakılar arasında görünməz bir pərdə yaradır. O, həyata praktiki baxır. Ətrafdakıların heyran qaldığı və hörmət etdiyi insandır. İşləri yaxşı gedəndə hər şeyə nəzarət edə bilir və münaqişə yaradan insanlara məhəl qoymur. Bəzən hədləriasanlıqla aşmağa cəsarəti ona kömək edir. Bu da müxtəlif problemlərə səbəb olur...

Qəşəm Nəcəfzadə daha sonra söyləyir: “O, unudulmayan adamlardandır. İncikliyimiz də olub, küsülülüyümz də. Amma bir gün keçəndən sonra qarşılaşan kimi, ikimizi də gülmək tutub, heç özümüz də bilməmişik ki, niyə güldük, niyə küsmüşdük və niyə barışdıq? Onun şeirlərini həmişə sevmişəm, yaxşı cəhətlərindən hər yerdə ağız dolusu danışmışam, çünki onda yarımçıqlıq yoxdur, ürək dolusu adamdır, sevgisi də bütövdür, şeiri də, hətta sərbəst şeiri sevməməyi də. Bu da təbiidir. Çünki, o heca şeirinin tanınmış nümayəndəsidir. Hərdən mənim sərbəst şeirlərim haqqında belə deməyi də var: “Axşam sənin o nağıllarından bir-ikisini oxudum”. Bu cümlədə o işarə əvəzliyi onu ifadə edir ki, yəni xoşum gəlməyən nağıllarından...”

Qavrama qabiliyyəti çox yüksəkdir. Sərt görünüşə sahib olsa da, həzz və rahatlıq aşiqidir. Ehtiyatlı,sabit və hətta şübhəli olması uğurlarının ən böyük amilidir. Hadisələrdə detallara böyük əhəmiyyət verir. Bəzən onda qəribə bir tənhalıq hissi yaranır və buna dözməyə çalışır. Onun haqqında bilməli olduğunuz xüsusiyyətlərdən- məntiqli və məzmunlu olmasını hökmən qeyd etməliyəm və intellektual insan olduğunu deməyə bilmərəm...

Filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov yazır: “Onun adı gələndə gözümün qabağında bu çağımızın ziyalılar mühitində cümləqayğı obrazı canlanır… Özü də, möhtəşəm, boya-boy bir obraz! Onu AYB-nin “qaraşuxası” da, “haqqa dayanan, haqqa söykənən, könlünü şerə verən şair” də, adlandırırlar və elə də var. Bütün bunlar onun torpaq- Vətən oğlu olmağından irəli gəlir.İmişlidə dünyaya gəlib, uşaqlığı, ilk gəncliyi İmişlinin Ağamallar kəninin bol-bəhrəli, yovşan ətirli çöllərində keçib, aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb, çiling-ağac oynayıb, tərəkəmə həyatı yaşayıb. Elə onun səmimiliyi, istiqanlılığı, şeirin vətəndaşlıq ətri bu kənd-kəsəkdən gəlir, illər boyu şəhərdə yaşasa da, evi-eşiyi şəhərdə olsa da, çoxumuz kimi şəhər onu şəhərli edə bilməyib. Bu xaotik şəhər mühitində bir kəndçi balası qədərincə səmimiyyətini qoruyub saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət kimi onun poetik yaradıcılığına yansıyıb, hopub, yaxşı-pis, az-çox nəyi var, özüdür, özününküdür…”

Liberal xarakterli insandır. Azadlığına böyük əhəmiyyət verdiyi üçün qaydaları, sosial normaları, qısqanclığı, şəxsiyyətinə müdaxiləni qətiyyən sevmir. O, nə istəyirsə hökmən olmalıdır. Bu xüsusiyyətinə görə münasibətlərdə bəzən çətinlik çəksə də, sağlam düşüncəsi və ictimai quruluşu ona uğur gətirir...

...Dayandur Sevgin 1959-cu ildə İmişli rayonunun Ağamalılar kəndində dünyaya gəlib. 1976-cı ildə Zərdab rayonunun Şəftəxal kənd orta məktəbini, 1982-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin bədii yaradıcılıq fakültəsinin bitirib. 2000-ci ildən 2021-ci ilədək “Kaspi” qəzetində çalışıb. Hazırda AYB-nin “Ulduz” jurnalında poeziya və nəsr şöbəsinin müdiridir. Fevralın 5-i onun növbəti ad günüdür. Bu dəfə 67 yaşı tamam olur. Təbrik edirəm!

Bəli, yaxşı adamları uzaqdan da tanımaq olur...

Elman Eldaroğlu

Xeyreddin Qoca

Ürəkdən təbrik edirəm! Sadə, səmimi admlar həmişə sevilir. Dayandur hörmətə layiq adamdır. Qoy həyat ürəyincə olsun! Çox yaşasın!

Meyxoş Abdullah

Elman müəllim, gözəl yazınıza görə, ilk öncə sizə təşəkkürümü bildirmək istəyirəm. Dayandur müəllimlə çoxdanın dostuyq, bir-birimizin evində duz-çörək kəsmişik. Çox səmimi, xeyirxah və sadiq bir dostur. Dayandur müəllimin əlindən ancaq yaxşı işlər gələ bilər. O yaxşılıq etməyi, kiminsə dadına çatmağı özünə bir insanlıq vəzifəsi və bir vicdan borcu bilir. Dayanduru hamımız çox sevirik. Sizin dediyiniz kimi, o yaxşı adamdır, özü də, lap yaxşıların yaxşısından. Allah hər ikinizi qorusun.

Shovket Zarin

Yaxşı adam, doğum günün mübarək! Nə tez bu yaşa çatdın ,qağa? Hara yürüyürsən?Dünya həmin dünyadı, nə gedirsə, bizdən gedir.

Bu bənd yadıma düşdü:

Heç qurtarmır qəmi, yasl,

Füzuliyə qəm dəryası,

Şəhriyara yalan dünya!

Həmişə olduğu kimi,

Elman müəllimin yazısı

Gözəl , maraqlıdır! Hər ikinizi Allah qorusun!

Закир Агдамли

DƏYƏRLİ QƏLƏM DOSTUM

DAYANDUR SEVGİN,

AD GÜNÜNÜZÜ

TƏBRİK EDİR, MƏNALI HƏYAT,

BOL UGUR DİLƏYİRƏM!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

John Doe 1 gün əvvəl

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

John Doe 2 gün əvvəl

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

John Doe 4 gün əvvəl

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

John Doe 5 gün əvvəl

Şəmil Sadıqov: Rəsulzadənin məzarı üstünə şüşədə Qarabağ torpağı qoymuşdu!

Şəmil Sadıqov: Rəsulzadənin məzarı üstünə şüşədə Qarabağ torpağı qoymuşdu!

John Doe 5 gün əvvəl

Bəhram Şəms: Hətərənə-pətərənə şeir

Bəhram Şəms: Hətərənə-pətərənə şeir

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Milli Aviasiya Akademiyasın...

10 aprel 2026 14:35:25
• İlham Əliyev Litvanın Baş nazirini qəbul edib}

İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

10 aprel 2026 12:54:55
• Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər}

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs ver...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com