11 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranlılar yalnız danışıqlar üçün sağ saxlanılır

İranlılar yalnız danışıqlar üçün sağ saxlanılır

İran ABŞ-dən zərbələr nəticəsində dəyən ziyana görə təzminat tələb edəcək

İran ABŞ-dən zərbələr nəticəsində dəyən ziyana görə təzminat tələb edəcək

Estoniya Ermənistanda səfirlik açdı

Estoniya Ermənistanda səfirlik açdı

Ermənistan vətəndaş cəmiyyətinin nümayəndə heyəti dialoq üçün Azərbaycana gəlib

Ermənistan vətəndaş cəmiyyətinin nümayəndə heyəti dialoq üçün Azərbaycana gəlib

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Gülşən Behbud: Təmənnasız missiya…

2 ay əvvəl 94 01

Gülşən Behbud:

Təmənnasız missiya…

Həyatını ictimai fəaliyyətə həsr etmiş insanlardan danışmaq, yazmaq, təkcə onların keçdiyi həyat yoluna işıq salmır, həm də cəmiyyətə dəyərli mesajlar ötürür. Tanınmış ictimai xadim, şair - publisist, vətəndaş cəmiyyətinin üzvü Umud Mirzəyev son 33 ildə BAMF-ın prezidenti olaraq xalqa xidmət edən, cəmiyyətə töhfələr verən ziyalı vətəndaşdır.

Onun vətəndaşlığı Qarabağ hadisələri başlayan andan özünü büruzə verməyə başlayıb. Umud müəllim yaradıcı şəxsiyyət olaraq, media fəaliyyətinin əsas istiqamətini Qarabağ həqiqətlərini dünyaya bəyan etməyə yönəltməklə misilsiz xidmətlər göstərmişdir.

O, 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) əsasını qoymuşdur. Hazırda da sözügedən fondun prezidenti vəzifəsini icra etməkdədir. Bu fond ona bir vətəndaş kimi Azərbaycana, öz millətinə xidmət etməsi üçün zəmin yaratmışdır.

Umud müəllim 90-cı illərin əvvələrində Azərbaycanda hökm sürən fövqəladə vəziyyət fonunda xarici jurnalist və diplomatlar vasitəsiylə haqq səsimizi dünyaya çatdırmışdır. Xarici media nümayəndələrinin cəbhə bölgəsinə səfərlərini təşkil etməklə, müharibə həqiqətlərinin dünya insanına çatdırılmasında mühüm rol oynamışdır.

Hər hansı bir məsələni zamanında aydınlaşdırmalısan ki, sabah onun həlli daha asan yolla mümkün olsun. Əgər qaldırılan problem öz həllini tapırsa, qalib tərəf sənsən. Belə olan halda həm insanların gözündə yüksək status sahibi olursan, həm də təcrübə və peşəkarlığın artır.

Bu gün Azərbaycanın jurnalist və vətəndaşları daha fərqli düşünməlidirlər. Jurnalist hər şeydən əvvəl elə vətəndaş olmalıdır. Qalib ölkənin vətəndaşı olduğunu unutmamalıdır. Prezidentinə, ordusuna, əsgərinə sayğı duymalı, vətəni və xalqı yolunda xidmət göstərən hər kəsə diqqətlə, sevgiylə yanaşılmalıdır.

Elə insanlar var ki, onlar hər hansı bir missiya ilə gəlirlər dünyaya. Umud Mirzəyevin missiyası haqq-ədalət yolunda sülh-əminamanlıq şəraitində addımlamaq, dəyər vermək, dəyər göstərməkdir. Bir gün mütləq göstərilən dəyər, hansı bir formadasa, insanın özünə qayıdır.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibəti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevi təbrik edir, ona çətin və məsuliyyətli fəaliyyətində uğurlar arzu edirəm.

Azərbaycanın tanınmış ictimai xadimlərinin Umud Mirzəyev haqqında fikirləri:

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli: "Bu uzun ömürlü həyatımda yaxşı insanlara çox rast gəlmişəm. Onların əksəriyyəti ilə öz doğmam kimi səmimi ünsiyyətdə olmuşam. Belə insanlarla ilə oturub-durmaqla, birgə fəaliyyət göstərməklə qürur duymuşam.Tanıdığım, ürəyimdə, diləyimdə qiymətləndirdiyim belə insanlar içərisində ən çox inam və hörmət bəslədiyim, sevgi ilə yanaşdıqlarım Vətənə hər kəsdən çox bağlılığı olanlardır.

Tale mənə Umud Rəhimoğlu kimi vətən qeyrəti çəkən, Azərbaycan sevgisi ilə yaşayan bir dost qismət elədi. Elə bir insan, elə bir dost ki, ondan insanı insan edən ən yaxşı keyfiyyətləri öyrənmək olar".

Tənqidçisi, publisist, filologiya elmləri doktoru, Əməkdar jurnalist

Qulu Məhərrəmli:

" Biz Umud müəllimlə uzun illər Mətbuat Şurasında təmsil olunmuşuq. Umud müəllim dəyərli insandı, Azərbaycan mətbuatının inkişafı üçün, xüsusən xarici əlaqələrinin inkişaf etdirilməsi yolunda böyük işlər görür, maraqlı layihələr həyata keçirir.

İndi Umud müəllimin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun əlaqələri xeyli genişlənib. Misal üçün, “Əl-Cəzirə” kimi bir kanalla Umud müəllimin güclü əlaqələri var. 44 günlük müharibədə Umud müəllimin gördüyü işləri unutmamışıq. Müharibə həqiqətlərinin “Əl-Cəzirə”də işıqlandırılması bilavasitə onun xidmətləridi..."

Xalq şairi Ramiz Rövşən:

"Umudun üstünlüyü ondadır ki, qələm sahibi ola-ola eqoist deyil. Gördüyü işlər təkcə özü üçün deyil, xalq üçündü, hamı üçündü. Tam səmimi deyirəm, bu, şair üçün nadir xarakterdi. Bu mənada, onun gördüyü işləri çox yüksək qiymətləndirirəm. Son vaxtlar az-az görüşürük, ümid edirəm ki, bundan sonra tez-tez görüşərik".

Filologiya elmləri doktoru Almaz Ülvi : "1992-ci ilin dekabrnda Prezident aparatının mətbuat xidmətinin rəhbəri Arif Əliyev zəng elədi ki, xarici jurnalistlərlə Qarabağa gedərsənmi? Nəinki jurnalistlərlə, o çətin məqamda əsgər kimi də Qarabağa getməyə hazır idim. Razılıq verdim, 10-12 nəfərlik bir qrup şəklində yola düşdük. O zamanlar Beynəlxalq Avrasiya Mətbuat Fondu təzə yaranmışdı. Sonradan anladım ki, bu səfəri də məhz Umud müəllim təşkil edib. Gecə saat 1-də Füzulinin Aşağı Əbdürrəhmanlı kəndinə çatdıq. Gecəni Umud müəllimgilin ata evində qalası olduq. Heç yadımdan çıxmaz, atası hündür bir kişi idi, tez qonaqların ayağının altında bir qoç kəsdi. Xanım ana da çörək bişirmək üçün çır-çırpı yığmağa başladı. Baxdım ki, bir təknə çörək var. Dedim, o qədər çörək var, təzədən bişirməyə nə ehtiyaca var? Xanım ana qayıtdı ki, ayıb deyilmi, qonağın qarşısına köhnə çörəkmi qoyarlar?..

Səhər Dördlər kəndinə getdik. Dedilər, nahaq bura gəlmisiniz, kəndi ermənilər mühasirəyə alıblar. 15-20 əsgər var idi, bir də 3-4 qadın. Xülasə, vəziyyətin ağırlığını nəzərə alaraq, əsgərlər maşınımızı ağac budaqları ilə kamuflyaj elədilər, gizli yolla bizi ordan çıxardılar. Biz rayon mərkəzinə enəndə eşitdik ki, ermənilər Dördlər kəndinə hücum edib, həmin əsgərləri qətlə yetiriblər. Səfərimiz bu cür qəmli notlarla başa çatdı, ağrılı məqamlarla yaddaşımıza həkk olundu".

Bu fikirlərin hər biri, Umud Mirzəyevin insan kimi necə bütöv, ictimai xadim kimi necə təsirli və vətəndaş kimi necə prinsipial olduğunu nümayiş etdirir.

Bu gün Azərbaycan müharibədən qalib çıxmış bir ölkə kimi yeni reallıqlar qarşısındadır. Qarabağ azaddır, amma informasiya müharibəsi bitməyib. Umud Mirzəyev kimi ziyalıların əməyi, onların keçmişdə atdığı addımlar bu gün bizə yol göstərir.

O, daim vurğulayır: “Jurnalist ilk növbədə vətəndaş olmalıdır. Qalib xalqın nümayəndəsi olmaq məsuliyyətdir. Prezidentinə, ordusuna, əsgərinə sayğı duymayan media vətəndaş ola bilməz.”

Bu mesaj təkcə jurnalistlərə deyil, bütöv cəmiyyətə yönəlik bir çağırışdır .

Umud Mirzəyev Azərbaycan üçün yalnız simvolik şəxsiyyət deyil – o, həm də cəmiyyətin formalaşmasında aktiv rol oynamış, zamanın ruhuna uyğun institutlar qurmuş, həqiqətin tribunası olmuş bir ziyalıdır.

Onun adı gələcək nəsillər üçün bir örnək, BAMF isə bu örnəyin institutlaşmış simasıdır.

Gülşən Behbud

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

John Doe 1 gün əvvəl

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

John Doe 2 gün əvvəl

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

John Doe 4 gün əvvəl

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

John Doe 5 gün əvvəl

Şəmil Sadıqov: Rəsulzadənin məzarı üstünə şüşədə Qarabağ torpağı qoymuşdu!

Şəmil Sadıqov: Rəsulzadənin məzarı üstünə şüşədə Qarabağ torpağı qoymuşdu!

John Doe 5 gün əvvəl

Bəhram Şəms: Hətərənə-pətərənə şeir

Bəhram Şəms: Hətərənə-pətərənə şeir

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Milli Aviasiya Akademiyasın...

10 aprel 2026 14:35:25
• İlham Əliyev Litvanın Baş nazirini qəbul edib}

İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

10 aprel 2026 12:54:55
• Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər}

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs ver...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com