05 fevral 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

BMT İranda yeni rezident koordinator təyin edib

BMT İranda yeni rezident koordinator təyin edib

Tramp ABŞ-yə üç yeni ştatı daxil etmək istəyir

Tramp ABŞ-yə üç yeni ştatı daxil etmək istəyir

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Qukasyana 20 il cəza verildi

Qukasyana 20 il cəza verildi

Məhkəmə Babayanı ömürlük həbs cəzasına məhkum etdi

Məhkəmə Babayanı ömürlük həbs cəzasına məhkum etdi

Arayik Arutyunyan ömürlük azadlıqdan məhrum edilib

Arayik Arutyunyan ömürlük azadlıqdan məhrum edilib

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elman Eldaroğlu: Umud Rəhimoğlu sözün əsl mənasında, dəyərli insandır…

5 saat əvvəl 58 01

Elman Eldaroğlu:

Umud Rəhimoğlu sözün əsl mənasında, dəyərli insandır…

Umud Rəhimoğlu - 65

Portret yazıları ədəbi-publisistik janrının bir qoludur. Bu yazılar hər hansı bir şəxsin xarici görünüşünü, xarakterini, daxili aləmini, fəaliyyət və həyat hekayəsini əks etdirir və insanın fərdi cizgilərini, davranışını, cəmiyyətdəki yerini təsvir edərək oxucuda canlı obraz yaratmağı hədəfləyir. Bu janrın da özünəməxsus çətinlikləri olduğunu ustadlar yaxşı bilir. Saleh əməllər çoxdur, amma ümumilikdə onların adı xeyirxahlıq sayıldığı kimi, insanlar da ilk görünüşdən müxtəlif olsalar da, onların xarakterləri bir-birindən elə də fərqlənmir. Sadacə, bu müxtəlifliyin içində xoş əməllər sahibi olan yaxşı adamlar və bəd əməllərlə ad çıxaran pis adamlar var. Bəli, bütün yaxşı adamlar xarakter baxımından bir-birinə çox bənzəyir. Fərq onların etdiyi yaxşılıqlardadır. Bu gün sizə fevralın 1-də 65 yaşını qeyd edəcək növbəti bir yaxşı adam barəsində söhbət açmaq istəyirəm. Həm onun könlü xoş olar və həm də onu bir az da yaxından tanıyarsınız...

O, 1961-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968-1978-ci illərdə həmin kəndin məktəbində orta təhsilə yiyələnib. 1979-1981-ci ilərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə oranı müvəffəqiyyətlə başa vurub. Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan “Ədəbiyyat və incəsənət” qəzeti ilə əməkdaşlıq edib. 1989-1993-cü illərdə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib. 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir. 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və “Marşal” Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvüdür. Prezident seçkiləri ilə əlaqədar “Seçki-2008” Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi, BAMF seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik missiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edib. Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub. Elədir, söhbət Umud Rəhimoğludan, yəni Umud Rəhim oğlu Mirzəyevdən gedir…

Deyir ki:- “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrlə maraqlanan əcnəbi dostlarımı o vaxt ölkəmizə dəvət edirdim. Onların çoxunu öz maşınınla qarşılayıb, özümün və qohum-əqrəbanın evində yerləşdirərdim. Eyni zamanda Qarabağ probleminə dair xeyli sayda materiallarla təmin edirdik. Həmin zaman bu tədbirlərlə əlaqədar gələn jurnalistlərdən biri də Tatyana Çaladze idi. Onunla biz Xocalı faciəsinə dair “Əsrin genosidi” adlı bir kitab hazırlamaq qərarına gəldik. Bu işlərə görə mən öz “Jiquli” markalı maşınımı onun istifadəsinə verdim. Onu da deyim ki, bu işləri hansısa xüsusi fond üzərindən etmirdim, elə ailə dolanışığından ayırıb görürdüm. Kitab üçün Bərdədə qalıb işləmək lazım gəldi. Xanım hər dəfə maşın üçün etibarnamənin vaxtı qurtaranda müraciət etməli olurdu. Mənim də başqa bir maşınım var idi. Ona görə də növbəti dəfə müraciət edəndə ona birdəfəlik etibarnamə verdim. Bunu da böyük qəhrəmanlıq saymıram. Azərbaycan üçün iş görmək niyyətində olan hər bir insana imkanım dərəcədə kömək etməyə indi də hazıram…”

...Demək olar ki, heç vaxt səhvə yol vermir. Bunun səbəbi çox ağıllı olmasındadır. Heç vaxt ölçüb-biçməmiş hərəkət etmir. Bütün işlərini sistemli şəkildə icra etməyi bacarır. Onun əsas xüsusiyyətlərindən biri fərqli düşüncəyə sahib olmağıdır. Müstəqilliyə çox önəm verir. Kiminsə iradəsi altında işləməyi xoşlamır. Nə qədər mülayim görünsə də, azadlıq onun üçün udduğu hava, içdiyi su kimidir. Sakit və təmkinli adamdır. Duyğularını, hisslərini hər adama bildirmir. Amma şən, gülərüz, mehriban birisi olduğu üçün ətrafdakılar tərəfindən hörmətlə qarşılanır…

“Mən özüm uzun illər jurnalistikada olmuşam. Hazırda da işinin əsas hissəsi media ilə bağlı olan bir təşkilata rəhbərlik edirəm. Mən özümü jurnalistlərin dostu yox, onların mövcud olduğu ailənin üzvü hesab edirəm. Dost ailədən kənar olur. Mediada olanlar bizim jurnalistika təcrübəmizdən az xəbərdardırlar. Öz dövrü üçün kifayət qədər populyar olub, yüksək tirajla çıxan “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri idim. Jurnalistikada kifayət qədər aktiv olmuşam. Vaxtilə Azərbaycana 100-dən artıq əcnəbi jurnalistin səfərini təşkil etmişəm. Hətta onların səngərlərdə əsgərlə görüşünə də şərait yaratmışam. Eyni zamanda, Azərbaycanda təhsil alan əcnəbi tələbələri də müharibədən zərbə alan regionlara aparmışıq. Bizim layihədə əsasən yazmaq qabiliyyəti olan insanlar iştirak edirdilər. Onların gördükləri haqqında esse yazmaqları vacib idi. Onlar eyni zamanda məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış oldular, Xocalı faciəsinin şahidlərini dinlədilər, qıçını qolunu itirmiş müharibə iştirakçıları ilə ünsiyyətdə oldular. Mən hesab edirəm ki, Azərbaycan jurnalistikasına bundan böyük xidmət ola bilməz.”- söyləyir…

...Nəcib və nəzakətlidir, xəsisliyi yoxdur. Bildiklərini başqalarına da öyrətməkdə, insanlara düz yol göstərməkdə səxavətlidir. Məsuliyyətlə, məntiqlə hərəkət etdiyinə görə, iş həyatında çox vaxt uğur qazanır. Xaraktercə analitikdir, insanları diqqətlə nəzərdən keçirməyi xoşlayır. Necə deyərlər, adam sərrafıdır, qənaətində yanılmır…

Deyir ki:- “Uşaq vaxtından şeir yazıram. Orta məktəbi oxuduğum illərdə ilk şerlərim Füzuli rayonunun “Araz” qəzetində çap olunub. Dövri mətbuatda kifayət qədər şeir çap etdirmişəm. Müharibə, təşkilatdakı gərgin iş tempi yaradıcılığıma ciddi mane oldu. Amma hesab edirəm ki, bu yazılar nə vaxtsa üzə çıxacaq. Müxtəlif mövzulara baş vurmuşam, bunların arasında məhəbbət, vətənpərvərlik, fəlsəfi düşüncələr var. Poeziya təbdən asılıdır…”

Şair, tərcüməçi Elxan Zal onu belə xarakterizə edir: “Umud Rəhimoğlu öz zəfər yürüşünə şairliklə başlayıb, Moskvada Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirib. Əmək fəaliyyətinə “Ədəbiyyat qəzeti”ndə başalyıb. Amma 1992-ci ildə qurduğu Beynəlxalq Avrasiya Mətbuat Fondu onun həyatının axarını ayrı istiqamətə apardı. İnanıram ki, o ədəbiyyatda da böyük uğurlar qazana bilərdi, amma istedadın janrı yoxdur, istedadlı adam hansı işin qulpundan yapışsa onu bacarıqla başa çatdırır. Bəli, Umud Rəhimoğlu yaxşı insan, istedadlı şair, bacarıqlı təşkilatçıdır. O, Azərbaycanda mətbuatın inkişafı yolunda çalışan insanlardan biridir və bu yolda ölkədə böyük uğurlar qazanılıb. Mən şəxsən arzu edərdim ki, Umud öz bacarıqları ilə ədəbi qurumların inkişafı üçün də nə isə etsin. Bu gün Azərbaycan ədəbiyyatını yaradan çox istedadlı adamların umudu Umud Rəhimoğlu kimi adamlara qalıb...”

...Heç vaxt cansıxıcı və fəaliyyətsiz olmayıb. Konservativ adam olsa da, həyatını daimi yeniliklərə həsr edir. Risk etməyi bacarır. Həqiqətin üzə çıxması uğrunda mübahisə etməkdən çəkinmir. İnsanları sevir, amma sevgisini necə göstərəcəyini dəqiq bilmir. Onun emosiyalarını görmək elə də asan deyil, bunun üçün, necə deyərlər, hissiyatı güclü, arif adam olmaq lazımdır…

“Xarici ölkələrdə yaşayan kifayət qədər dostlarım var. Və onlar müxtəlif istiqamətlərdə çalışan adamlardı. Bu dostluğun əksəriyyəti təsadüflər üzərində qurulub. İnsan gərək həmişə ölümü unutmasın və çalışıb kimlərəsə əl tutsun. Mənim həyat prinsipim bu olub. Bəlkə də çevrəmdə həmişə böyük insanlar olub deyə, əsl həyat fəlsəfəsini düzgün mənimsəmişəm. Bir yox, bir neçə prezident dostlarım var, bunları danışmağı xoşlamıram. Orta məktəb, əsgərlik yoldaşlarım də mənim üçün çox qiymətlidir…”- söyləyir.

...Səviyyəsiz məclislərdə, məkirli söhbətlərdə heç vaxt iştirak etmir. Obrazlı desəm, Şeytan olan yerdə onu görmək mümkün deyil. Amma, iştirak etdiyi tədbirlərdə xoş söz söyləməkdən çəkinmir. Bu da onun ürəyiaçıq, mərd, paxıllıqdan uzaq olduğundan xəbər verir. İlqar Əlfioğlunun 70 illiyi ilə əlaqədar Mətbuat Şurasında təşkil edilən tədbirdə iştirak edərkən, bunun bir daha şahidi oldum. O qədər gözəl danışdı ki, yubiliyarın yaradıcılığını səxavətlə təhlil edə bildi. Xülasə, haqqında söhbət açdığım Umud Rəhimoğlu sözün əsl mənasında, dəyərli insandır…

Fevralın 1-i Umud müəllimin 65 yaşı tamam olur. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı arrzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Xeyreddin Qoca

Umud müəllimi ürəkdən təbrik edirəm! Mənə baxanda çox gəncdir, ömrü uzun olsun! Həyat ürəyincə olsun, Umud müəllim!

Zemfira Məhərrəmli

Yazı da gözəldir,təbriklər də.

Yüz yaşayın,Umud müəllim!

Arif Fərzəli

65 yaşın mübarək olsun,Umud! Sənə və ailə üzvlərinə uzun ömür, xoş günlər arzulayıram...

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Məmməd Əvəzoğlu: Sücəddin qardaş

Məmməd Əvəzoğlu: Sücəddin qardaş

John Doe 1 saat əvvəl

Elman Eldaroğlu: Umud Rəhimoğlu sözün əsl mənasında, dəyərli insandır…

Elman Eldaroğlu: Umud Rəhimoğlu sözün əsl mənasında, dəyərli insandır…

John Doe 5 saat əvvəl

Mehdi Fəyyazlı: Bir ad, bir nəsil

Mehdi Fəyyazlı: Bir ad, bir nəsil

John Doe 6 saat əvvəl

Qulu Məhərrəmli: Sabaha olan ümid və o ümidin doğurduğu sevinc…

Qulu Məhərrəmli: Sabaha olan ümid və o ümidin doğurduğu sevinc…

John Doe 3 gün əvvəl

Sözlə sükut arasında: Nigar Orxanın poeziya dünyası

Sözlə sükut arasında: Nigar Orxanın poeziya dünyası

John Doe 5 gün əvvəl

Xuraman Muradova: QARABAĞ

Xuraman Muradova: QARABAĞ

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com