Fermin Lopes "Barselona" ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb
"Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopez klubla müqaviləsini 2031-ci ilə qədər uzadıb.
Kataloniya klubunun mətbuat xidməti bu barədə sosial media səhifəsində məlumat verib. Daha əvvəl mediada 22 yaşlı futbolçunun maaşının yeni müqaviləyə əsasən ikiqat artırılacağı və daha yüksək transfer bəndi ilə birlikdə veriləcəyi bildirilirdi.
Fermin Lopez "Barselona"nın gənclər sisteminin məhsuludur. O, Kataloniya klubuna 13 yaşında "Betis" akademiyasından qoşulub. Yarımmüdafiəçi "Blaugrana"nın böyüklər komandasında bütün yarışlarda 114 oyun keçirib, 29 qol vurub və 22 məhsuldar ötürmə edib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.