22 yanvar 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Zelenski Rusiya və ABŞ ilə üçtərəfli danışıqların başladığını elan etdi

Zelenski Rusiya və ABŞ ilə üçtərəfli danışıqların başladığını elan etdi

Zelenski Trampla danışıqlar aparmaq üçün Davosa səfər edib

Zelenski Trampla danışıqlar aparmaq üçün Davosa səfər edib

Pakistan Trampın təşəbbüsü ilə "Sülh Şurası"na qoşulacaq

Pakistan Trampın təşəbbüsü ilə "Sülh Şurası"na qoşulacaq

Davosda şam yeməyində ABŞ nazirinə hiylə işlədildi

Davosda şam yeməyində ABŞ nazirinə hiylə işlədildi

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Aydın Can: Nataraz cəmiyyətin TARAZ adamları

3 saat əvvəl 34 01

Aydın Can:

Nataraz cəmiyyətin TARAZ adamları

Və yaxud Ad günü Triosu

Bu gün (elə dünən də, yəqin ki sabah da) Azərbaycan Cəmiyyəti həyatda və sosial şəbəkədə daha çox “qəvə-quvə” – hay-küy salanlar kontingentindən ibarətdir, olub, olacaq! Bu Cəmiyyətin prioriteti populizm-pafos-konyunktura-şöhrət modudur, ən cazibədar olanı isə “popo”su-buferi-mostu-“fara”sı “yarkiy” – gözəgirən subyektlərdir!

Ağıllı və doğru söz hətta ZƏRƏRLİ OLAN Düz və Həqiqəti... faydaya çevirməkdə acizdir! Cəmiyyətdə natarazların dominantlığı elə bundan yaranır, pərsəngi tənzimləyən taraz adamlar kölgəyə düşür! Onlar bu xalqın, bu dövlətin, bu ölkənin “kölgə kabineti”-“kölgə toxunulmaz fondu”dur. Pərsəngi tənzimləyənlər, deyək!

I

5 Üzlü Jurnalist

Mahir Süleymanov. Düz 40 il qabaqdan tanıdığım AZƏRBAYCANLIdır.

Jurnalistika fakültəsində şəbbədənxeyir yaxınlaşdığım, təmas qurduğum ilk tələbə yoldaşlarımdandır... onda həmyerlim, sonradan həm də qohumum – tayfamızın gəlini olan Esmira İsmayılovanın sayəsində!

I kursda Esmira xanımın sayəsində Mahiri tanıdım, çünki o, fakültənin “profkom”u – həmkarların sədri idi və məni də kursun “profkom”u təyin etməyi ona Esmira təklif etdi (imkan düşmüşkən, onu da deyim ki, tələbəlik dövrümdə ilk “əla”nı da mənə Esmira xanım yazdırmışdı “antik yunan ədəbiyyatı”ndan rəhmətlik Məmmədbağır Həyatzadəyə)!

Onda, indiki dillə desək, Mahir fakültənin “çörəkverən oğlan”ıydı: ət-yağ talonlarını o paylayırdı bizə!

Az sonra necə oldusa, Akif Rüstəmov fakültənin savadlı və uğurlu məzunlarından danışarkən xüsusi vurğulamışdı Məzahir Süleymanzadənin və Flora Xəlilovanın adlarını – hər ikisi ilə sonralar “Kommunist” qəzetində iş yoldaşı olmuşam!

Mahir Süleymanovla bağlı ikinci fakt o idi ki, o, həmin o “Kommunist”in ən gənc redaktor müavini Məzahir Süleymanzadənin qardaşı idi!

Rəsmi və şəxsi avtobioqrafik məlumatları bu. Jurnalistika fakültəsində Mahir həm də fakültə divar qəzetinin rəssamı idi. Karikaturaçı!

Sonra mən hərbi xidmətə getdim. Qayıtdım və... həmən də elə o həmin Mahirin fakültəyə və ümumilikdə jurnalistikaya o zaman da, sonralar da, elə indi də şöhrət gətirən qardaşı Məzahir Süleymanzadənin baş redaktor müavini olduğu qəzetdə işləməyə başladım – sağ olsun Hacı Mehman Fərzullayev, ruhu şad olsun Şakir Yaqubovun! Məzahir Süleymanzadənin 20 yanvar üçün spontan buraxdığı “Səhər” qəzetində də ilk gündən çalışanlardan oldum: kim bilməsə də, “Səhər” qəzetinin Bakıda çapı alınmayacağı təqdirdə Tiflisdə nəşri üçün yola salınacağıma şahid Hacı Mehman və başqaları sağdır!

Mahiri bir də “Səhər” qəzetində gördüm: əynində hərbi forma!

“Çörəkverən oğlan”, karikaturaçı rəssam dönüb olmuşdu döyüşçü jurnalist! – aradan cəmi 5 il keçmişdi!

Ötən beş ildə jurnalistikadan tanıdığım tələbə yoldaşlarımın çoxunun ən azı 5 rəngini-5 üzünü görsəm də, hətta iyrənsəm də, Mahirin 5 üzü məni... heyrətləndirirdi - Mahirin hər üzü gözəl idi, göyçək idi!

Azərbaycanın müstəqilliyi uğrunda, müstəqil olduğu ilk illərdə harda mübarizə üçün vətəndaş lazım idisə, Mahir orda idi: “Səhər”, “Azərbaycan Ordusu” qəzetində və AFFA-da – Azərbaycan Ordusu kənd-kənd, rayon-rayon itirəndə, Azərbaycan yığması və flaqman “Neftçi” 10-0 uduzan dönəmlərdə... yorulmadan inamlı qələbə dönəminə adlatmaq üçün can qoyurdu, qələbə təbliğatı, təşviqatı aparırdı, təşkilatçılıq edirdi!

Əsl jurnalist kimi!

Mahir Süleymanov jurnalistikadakı pafos-populizmi görür, siyasətdəki psevdopatriotların propaqandistliyini görür, amma heç bir halda... karikaturaçı rəssamlığını dövriyyəyə buraxmırdı, “xalqın sevimlisi, həqiqətpərəst xalq qəhhh...rəmanı” moduna girmirdi! O ancaq və ancaq Azərbaycanın qələbə xəbərlərini çatdırmaq imkanlarını arayırdı.

Çünki mən onu tanıyan gündən hiss etdiyim naturasını taraz saxlayırdı, tarazlıq yaradırdı, taraz adam idi!

Məhz bu rakursdan o Azərbaycan Dövləti, Azərbaycan Jurnalistikası üçün daha faydalı idi – mən Mahirin bu performansını bəyənmişəm: “kim savadlıdır, kim hay-küylü yazı yazıb, kim iqtidarı yaxşı söyüb, kim müxalifəti yaxşı müdafiə edib” kimi geydirmə atributlara-simgələrə can atmayıb!

Mahir Süleymanov JURNALİSTLİK EDİB – mübariz vətəndaş və döyüşçü kimi! Bu, “savadlı və istedadlı jurnalist”, “möhtəşəm yazılar müəllifi” statusundan çox-çox yüksək bir pyedestaldır! Taraz Adamın Pyedestalı!

Mən bilmirəm, Mahir Bəybala oğluna bu Dövlət, bu Hakimiyyət nəsə orden-medal, təqaüd, təltif-titul verib ya yox, ancaq bilirəm ki, o... bu dövlətə taraz vətəndaş, taraz jurnalist, taraz döyüşçü, taraz vətənpərvər obrazını hədiyyə edib!

Təbrik edirəm, 65-nə ÜÇ YÜZ 65 gün qalan FAKÜLTƏ HƏMKARLARININ SƏDRİ!

II

“Xalq” qəzetində də işləyə-işləyə, taraz qalmaq olar!

Girişdə dedim axı, biz “qəvə-quvə” cəmiyyətik! Rus demiş, öz “şkura”mda yaşamışam e bunu! Və niyə başlıqda xüsusi vurğulayıram ““Xalq” qəzetində işləyə-işləyə də...” fikrini, deyirəm:

“Qəvə-quvə” cəmiyyətlərin, “hıs” deyən kimi, ga bığət ...” deyən qaragüruhların tırkaya-“dudka”ya getməsi bir ayrı zulum!

“Kommunist” qəzetində işləyəndə dədələri məni topa tutanlar sonradan oğullarının “Kəmmunis” qəzetində işləməyindən fəxrlə danışırdılar!

“Azadlıq”da çalışanda anaları üzümü cırmağa qalxanların özlərinin qızları işləyəndə “jurnalistikanın Həcəridir mənim kişi qeyrətli qızım” deyirdilər!

Orta statistik azərbaycanlı təfəkkürü hələ də orta əsrlərdə eşşəyi ilə yol gedən Molla Nəsrəddinə nə münasibət göstərmək ağlında olubsa, elə indi də o ağıldadır!

Və... Məsaim Abdullayev – Moskvada ali təhsil alıb gələn, sırf jurnalistika ilə məşğul olan sıravi bir vətəndaş hələ də TARAZLIĞINI saxlaya bilir: Azərbaycan jurnalistikasının – istər müxalifət, istər iqtidar, istərsə də telekanal təmsilçiləri “hər türlü oyunlar”dan çıxsalar da (iqtidar mətbuatı da yalanpuşdan, hap-gop yazır, müxalifət mətbuatı da eyni dərəcədə böhtan-şantaja əl atır, telekanallar hər iki print mətbuatı onlayn imkanlarından yararlanaraq geridə qoyur, iqtidarlı-müxalifətli yazarların söyüş hədəfi olması əlli-əlliyədirsə, ekran-efir mındılımları lap yüz faiz “gülləyə” gəlir), ancaq mənim tanıdığım Məsaim Abdullayev ar-abırla, həyayla, kübar əxlaqıyla, səmimi mövqeyiylə jurnalist ömrünü yaşayır!

Əsl jurnalist ömrünü: onu harasa girən, haradansa çıxan görən ola bilməz, onu ancaq yazılarında insanlıq halıyla və səmimi ortamda seyr etmək lüksünü yaşadır bizə!

Bilirsiniz bunu bacarmaq nə qədər alicənablıq, müdriklik tələb edir? Tək bir o səbəbdən ki, bu qaragüruh, “qəvə-quvə” cəmiyyəti hələ də həm “Xalq” qəzetini, həm də “Azadlıq” qəzetini söyməkdə davam edir, həmin bu cəmiyyət “Yeni Müsavat”ı eyni gündə həm söyür, həm də tərif edir!

Məsaim Abdullayev iqtidardan bu razı və narazı cəmiyyətin ən ali qəzetində tarazlığını saxlayır, tarazlığı təmin edir, taraz yaşayır!

Təbrik edirəm, Məsaim müəllim, üzünün həyası, ruhunun abrı yazılarından boylanan taraz imza, “iş yeri” önəmli deyil fikrinin əxlaqi teoremi!

III

Bütün sevimlilərin sevimlisi...

Adam durub Başkeçidin Ormeşən kəndindən (əzəli Azərbaycan, rəsmi Gürcüstan mahalı) gəlib Bakıya və bütün sevimli dostlarımızın sevimlisi olmağı bacarıb! Soruşa bilərsiniz ki, şairdirmi şeiriylə, yazıçıdırmı hekayəsiylə, alimdirmi ixtirasıyla, idmançıdırmı qələbəsiylə-çempionluğuyla, biznesmendirmi xeyriyyəçiliyiylə (lap bəd ayaqda qonaqlıq verməkləriylə) qazanıb bu sevgini?

Əsla və qətiyyən!

Adam, sadəcə, taraz adamdır – Türkün Ruhunu, saz-söz səltənətini taraz saxlamağı bacaran bir Ər Kişidir!

İqtidarlı-müxalifətli nə qədər sanballı-salğarlı imza, kişi, ləyaqət nümunəsi varsa, hamısının ürəyində yeri var, hamısına ürəyində yer var! Özü də məhz bu incə ştrixlə: o sevimli adamların içində bir-birinə nifrət edən neçəsi olsa da!

Həmidə bir qul oğlu qul deyəmməz ki, sən niyə mənimlə dost ola-ola, ona da sevgi bəsləyirsən? ÇÜNKİ Həmid “düşmənimin dostu mənim də düşmənimdir, mənim dostum düşmənimlə dostdursa, deməli, mənə düşməndir” postulatını sıfırlayan adamdır!

Adam SAZ kimi axır, SAZ adam olaraq yaşayır, naSAZ əməli, fikri yoxdur! Görən, eşidən, şahidlik edəsi nə bir kişi, nə bir kopayoğlu tapılmaz... neqativinə!

Dedim axı, TARAZ adamdır – Azərbaycan Türk Ruhunun EPOXAL SİMGƏSİ Saz-söz və Saz Söz vurğunudur!

Məclislərində olmadığım, tay-tuşluq etmədiyim Həmid Ormanlı mənim üçün, ilk növbədə, sosial şəbəkə üzərindən performansına görə əzizdir: mənim sevimlilərimə olan sevgisini əsirgəmir! İllah da ki, Sabir Yusifoğlu haqqında vida yazısı ürəyimə sərinlik gətirib! Ürəyimizə dağ çəkən, ürəyimizi üşüdən, ürəyimizdə çapıq qoyan, ürəyimizdə yeyib-içib sıçan o qədər nataraz “sevimlilər” var ki!

Həmid Ormanlı tarazlığı təmin edən təklərdəndir! Qaralığın ovuna çıxıb bizi üzağlığına qovuşduran Qaralov, təbrik edirəm, sən demiş, qutlu olsun təvəllüdün, Taraz Türk Kişisi, Türk Ruhunu sevdirən Ərən!

SÖZARDI: Bu təbrik mətnini hər biri üçün səhifəsində yaza-yaya bilərdim. Zatən də biz belə öyrəşmişik, amma yox, istədim ki, bizim tarazlığımızı saxlayan insanları hamı tanısın, həm də onlar özləri bir-birini tanısın!

REZÜME: Məndə pul, vaxt, səxavət üçü bir yerdə nadir hallarda olduğu kimi, Azərbaycanda da üç taraz adamı bir yerdə, bir gündə görmək əşhədü-billah müşkül məsələdir!

Tarazlığınızı saxlayın, lütfən!

Nusret Quliyev

Aydın, var ol! Üçü birində. Hər üç qardaşımı təbrik edirəm, cansağlığı arzulayıram, Allahın verdiyi ömrü ləyaqətlə yaşadıqlarına görə, həm Mahir, həm Məsaim, həm də Həmid qardaşıma 3+100 yaşamağı diləyirəm.

Həmid Ormanlı

Canıyın qadasın alım Aydın Can. Sən fövqəl qələmiyin müqəddəsliyini qanı-canı bahasına qoruyanlardansan. Sənin vicdanlı qələmindən ünvanıma olan bu qədər xoş sözləri eşitmək bir ömür yavanlıq edib yaşamaq olar.

Shahin Shefiyev

Hər oğula qismət olmaz, Aydın Candan xoş söz eşidə, təbrik ala. Eşq olsun yazana da, yazdıranlara da. Eşq olsun varağa da, qələmə də.O varağın üstünə düşən mürəkkəbə də, klaviaturada gəzişən barmaqlara da. Dünyanın ən gözəl sözü ürəyin ən isti yerindən gələr, ürəyindən öpürəm,Ustad.

Zireddin Ceferov

Hər üç dəyərli Kişiləri məndə cani könüldən təbrik edirəm. Uzun və sağlam ömür, sevinc dolu günlər, şərəfli işlərində və yaradıcılığında uğurlar arzulayıram. Belə yığcam, ünvanlarına layiq təbrikə görə əzizim Aydın bəyə dərin təşəkkür edirəm.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Şəmil Sadiq: Məktəb dediyin millət üçün afəti-candır

Şəmil Sadiq: Məktəb dediyin millət üçün afəti-candır

John Doe 1 saat əvvəl

İsbəndiyar Əhədov: Nizami Süleymanov və kənd mollası

İsbəndiyar Əhədov: Nizami Süleymanov və kənd mollası

John Doe 2 saat əvvəl

Aydın Can: Nataraz cəmiyyətin TARAZ adamları

Aydın Can: Nataraz cəmiyyətin TARAZ adamları

John Doe 3 saat əvvəl

Samir ƏSƏDLİ: Söz yeri gələndə danışan qələm

Samir ƏSƏDLİ: Söz yeri gələndə danışan qələm

John Doe 1 gün əvvəl

Əlisa Qəmgin: BİR ŞƏHƏR ÜŞÜYÜR...

Əlisa Qəmgin: BİR ŞƏHƏR ÜŞÜYÜR...

John Doe 2 gün əvvəl

Məmməd Əvəzoğlu: Şəhidlərin xatirəsinə

Məmməd Əvəzoğlu: Şəhidlərin xatirəsinə

John Doe 2 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com