Yanğınla bağlı ilkin ehtimal- RƏSMİ
"Respublika Perinatal Mərkəzində baş verən yanğında təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.
Bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Baş prokuror bildirib ki, bütün bu hadisələri hərtərəfli araşdırmaq üçün vaxt lazımdır:
"Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi dərhal üzərlərinə düşən öhdəlikləri yerinə yetiriblər. İlkin ehtimala görə yanğın elektrik şəbəkəsində baş verən nasazlıqla bağlı olub”.
"4 körpənin tüstü boğulmasından və ya yanaraq ölməsi ilə bağlı dəqiq məlumat ekspertiza rəyindən sonra bilinəcək. İlkin ehtimal odur ki, körpələr yanıq xəsarətləri alıblar. Lakin onların yanıq xəsarətindən, yoxsa zəhərlənmədən ölməsi hələ ki dəqiqləşdirilməyib”, - K.Əliyev əlavə edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.