"Ayntraxt Frankfurt"un müvəqqəti məşqçisi: "Rəqiblərimizin taktikamızı proqnozlaşdırması çətin olacaq"
"Ayntraxt Frankfurt"un müvəqqəti baş məşqçisi Dennis Şmitt bildirib ki, "Qarabağ"a qarşı xallar komandasının Çempionlar Liqasında qalmaq uğrunda mübarizəsi üçün çox vacibdir.
Alman məşqçi UEFA Çempionlar Liqasının yeddinci turunda Azərbaycan klubuna qarşı keçiriləcək oyun barədə danışarkən komandanın oyuna hazır olduğuna əminliyini bildirib.
"Qarabağ"a qarşı qazana biləcəyimiz xallar komandamız üçün son dərəcə vacibdir", - Şmitt deyib.
Məşqçi vurğulayıb: "Bu oyuna ciddi hazırlaşmışıq və yaranan fürsətlərdən maksimum dərəcədə istifadə etmək niyyətindəyik. Meydanda hücum futbolu oynayacağıq; müdafiə mövqeyinə çəkilmək niyyətimiz yoxdur. Turnirdə yolumuzu davam etdirmək üçün real şansımız var. "Qarabağ"a qarşı qazandığımız hər xal həlledici ola bilər. Baş məşqçi dəyişikliyi müəyyən dərəcədə bizim xeyrimizə işləyə bilər, çünki rəqiblərimizin taktikamızı proqnozlaşdırması daha çətin olacaq".
"Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.