Dünyanın ən güclü kişisi "steroidlərlə Olimpiada"da yarışacaq
"Dünyanın Ən Güclü Adamı" yarışmasının qalibi və dəfələrlə ikinci yeri tutan, "Taxt Oyunları"nda Qreqor "Dağ" Kleqan rolu ilə tanınan İslandiyalı ağır atlet və aktyor Hafşor Byornsson qeyri-rəsmi olaraq "Steroidlər üzərində Olimpiya" kimi tanınan "Genişləndirilmiş Oyunlar"da iştirak etməyə razılıq verib.
İlk Genişləndirilmiş Oyunlar 2026-cı ilin may ayında ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək. Genişləndirilmiş Oyunlar təşkilatçıları dopinq istifadəsinə icazə verilən idmançıların müstəqil tibb mütəxəssisləri tərəfindən izləniləcəyini bildiriblər.
Yarışın mətbuat xidməti Byornssondan sitat gətirib: "Mən Genişləndirilmiş Oyunlarda iştirak edəcəyəm. Mənim yeganə məqsədim yeni rekord vurmaqdır".
İlk Genişləndirilmiş Oyunlar yüngül atletika, üzgüçülük və güc idman növləri üzrə yarışları əhatə edəcək.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.