14 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Almaniyada ilk dəfə olaraq türk əsilli siyasətçi bir bölgənin rəhbəri oldu

Almaniyada ilk dəfə olaraq türk əsilli siyasətçi bir bölgənin rəhbəri oldu

Slovakiya prezidenti iyul ayında Azərbaycana səfər edəcək

Slovakiya prezidenti iyul ayında Azərbaycana səfər edəcək

Azərbaycan və Slovakiya parlamentləri arasında memorandum imzalanıb

Azərbaycan və Slovakiya parlamentləri arasında memorandum imzalanıb

О мерах по внедрению искусственного интеллекта в систему среднего образования Республики Казахстан

О мерах по внедрению искусственного интеллекта в систему среднего образования Республики Казахстан

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Hüseyn Əfəndi: Təndir

2 il əvvəl 573 01

Hüseyn Əfəndi:

Təndir

MİNALANMIŞ HEKAYƏLƏR SİLSİLƏSİNDƏN

Külək də adam kimidir. Xaraba yurdun içindən keçəndə boğulur. Özünü divarlara toxumaq istəyir - divar yoxdur; döşəməyə, tavana çırpılmaq keçir könlündən - hamısı bərbad; ağacların boynuna sarılıb yarpaqların şehli dodaqlarını öpməyi arzulayır - ağaclar çoxdan quruyub. Sahibsiz küçüklərin qərib cingiltisindən savayı hənir gəlmir. Daralıb səhəng boğazına dönmüş yollar ayaq dəyməmiş tozlanır. Boğazında torpağın tamını duyursan, içindən qərib qoxusu gəlir.

Başını aşağı salıb o yandan gedəni haylayıram: "Ay adam, hey, bu kəndin adı nədir?" Dönüb üzümə baxır, amma cavab vermir. Dayanıb məni gözləyir. Çatıb əlimi uzadıram. İkiəlli görüşürük. "Bu kəndin adını soruşursan? Bu kəndin adı yoxdur ,eloğlu!" "Elə şey olarmı heç, hər kəndin pis-yaxşı bir adı var,deməli ..." "Deməlisi-zadı yoxdur, bu kəndin adını aparıblar, yerində qanqal əkiblər ..." Kişi açıq-aşkar cığallıq eləyir, danışmaq istəmir, söhbətdən qaçır. Mənsə o boyda yolu basa-basa bura gəlmişdim, polisi, gözətçi postundakıları aldadıb keçmişdim bu tərəfə və gözü-könlü boş qayıtmaq istəmirdim. Doğrusu, heç onda bilmirdim nə yazacam, nədən söz açacam, ümumiyyətlə, yazacammı, amma istəyirdim ki, gördüklərimin arasından o külək kimi dolaşıb gəlməyim, qıy vurub çıxım.

"Kişi, Allahın olsun, de görüm nədi bu kəndin adı?" O, ruh kimi yeriyirdi, ayağının altına baxmırdı. Mən addımladıqca toz qalxıb şalvarımın balağına hopurdu, onun addımlarındansa nişanə də qalmırdı. Hərdən arxaya dönürdü, görürdü ki,mən hələ gəlirəm, gedirdi. "Bax, bu mənim evimdi, xoş gəlmisən...Burda balalarıma toy eləmişəm, gəl görəsən, dədə-babamın yasını yola vermişəm. Allah kəssin qaçqınçılığı ...Uşaqları yola salıb özümüz qalmışdıq ...Ermənilər qəfil gəldi. Can şirindi, bala, girdim təndirə, qapağını da çəkdim. Söhbətlərini eşidirdim. Kəndə birinci girənlər bizim dilimizdə danışırdılar, başına dönüm... O təndirin yanında gərək məni gəbərdəydilər!"

Təndir uçmuşdu. Yerində bir qalaq kəsək vardı.Yağış o qədər döymüşdü ki, kəsək kişinin üzü kimi ilmələnmişdi. Təndirin ətrafındakı otlar qaralıb kiflənmişdi.

Kişi təndirin başında dayanmışdı. Üzünü Ziyarətdağa çevirib havanı ciyərlərinə çəkirdi. Handan-hana dərindən bir ah çəkdi. Gözləri balacalandı. Dönüb tövləyə sarı baxdı:

-Ay Mərcan, ay arvad, qonağımız var, çay hazırla!

Əvvəl elə bildim kişinin başına hava gəlib. Burada ondan və məndən savayı adam olmamalıydı. Tövlənin qapısı açıldı və həyətə bir qadın çıxdı. Ürəyim yerinə düşdü. Əyni-başı tökülüb-itirdi, tumanının ətəyi didilib üzülmüşdü. Arıq gərdəninə sarıdığı şalın saçaqları çoxdan yeyilib qurtarmışdı. Qadın əllərində açıq ocaqda asılmaqdan ocaq rəngi almış qazança tutmuşdu. Hiss olunurdu ki, qazança doludur və içindəkinin tökülməyindən qorxur. Onu axıra qədər süzüb qurtarmamışdım ki, yenə kişinin səsini eşitdim. Hönkürürdü. Yaş gözlərindən bıldır-bıldır tökülüb üzünün tüklərinə ilişirdi, göllənib-göllənib daşırdı. Dodaqları tərpənirdi, səsi çıxmırdı. Amma qulaqları sızıldayırdı.

Çevrilib tövləyə nəzər saldım. Heç kəs yoxdu. Tövlənin də sınıq-salxaq qapısı yerə sərilmişdi, ara-bərəsindən otlar çıxıb qurumuşdu. Biz bura gələndə mənzərə necəydisə, eləcəydi. "Lənət şeytana!.."

Mərcanı orda -tövlənin qapısı ağzında, inəkləri sağıb çölə çıxanda güllələdilər... Kişiliyim çatmadı təndirdən çıxam.

Ona demədim ki, arvadı indicə tövlənin qapısında gördüm. Qorxurdum kişi də yoxa çıxar. Ayrılanda bir də soruşdum: "Kişi, kəndin adını demədin".

"Dedim, bala, dedim vallah, yəqin eşitmədin".

Sözü çevirməyə ürək eləmədim.

Hüseyn Əfəndi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 6 gün əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 1 həftə əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 1 həftə əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 2 həftə əvvəl

Xatirə Rəhimli: VƏTƏN!

Xatirə Rəhimli: VƏTƏN!

John Doe 2 həftə əvvəl

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

İlham Əliyev Bakı Olimpiya Stadionunun ə...

12 may 2026 16:51:54
• İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü}

İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə...

12 may 2026 13:23:34
• İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub}

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood A...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com