Rusiya və İran bir ay ərzində strateji dəmir yolu müqaviləsi imzalayacaqlar
İran və Rusiya bir ay ərzində Rəşt-Astara dəmir yolunun tikintisi üçün müqavilə imzalayacaqlar.
Xarici medianın məlumatına görə, bu barədə İranın Tikinti və Nəqliyyat İnfrastrukturunun İnkişafı üzrə direktoru Huşəng Bazvand bildirib.
"İran nümayəndə heyətinin müqaviləni yekunlaşdırmaq üçün bir aydan az müddətdə Rusiyaya səfər etməsi gözlənilir, bundan sonra Rəşt-Astara dəmir yolunda tikinti işləri faktiki olaraq başlayacaq", - deyə o bildirib.
Bazvandın sözlərinə görə, İran tərəfi Rusiyanın bu dəmir yolu hissəsinin layihələndirilməsi və tikintisi ilə bağlı təkliflərinin təxminən 70%-ni qəbul edib. O əlavə edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bir hissəsi olan Xatəm əl-Ənbiya Tikinti Şirkəti baş podratçı seçilib.
Qeyd etmək lazımdır ki, 2023-cü ildə Rusiya və İran Fars körfəzi limanlarına tam çıxışı təmin etmək üçün nəzərdə tutulan Şimal-Cənub layihəsinin bir hissəsi olaraq Rəşt-Astara avtomobil yolunun 160 kilometrlik hissəsinin birgə tikintisi üçün müqavilə imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Moskva və Tehran mal və xidmətlərin layihələndirilməsi, tikintisi və təchizatını birgə maliyyələşdirəcəklər.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.