Azərbaycan boksçularından dördü Avropa çempionatının dörddəbir finalına yüksəlib
Almaniyanın Kainbaum şəhərində 17 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Yarışın üçüncü günündən sonra Azərbaycan milli komandasının daha dörd üzvü dörddəbir finala yüksəlib.
60 kq çəki dərəcəsində Şahin Aslanov İsrail idmançısı Demid Kloçko üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. Dekabrın 14-də keçiriləcək növbəti döyüşündə o, bolqarıstanlı İvaylo Kolevlə qarşılaşacaq.
Adil Zalov (70 kq) da uğurlu start götürüb. 1/8 finalda Azərbaycan boksçusu Türkiyə idmançısı Hakan Arda İlgünü 5:0 (29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Dekabrın 13-də Zalov Polşa idmançısı Oskar Muşakovski ilə qarşılaşacaq.
48 kq çəki dərəcəsində Gülər Hüseynova ukraynalı Oleksandra Mişçenkoya heç bir şans vermədi və 5-0 (30-27, 30-27, 29-28, 30-27, 29-28) hesabı ilə qalib gəldi. 14 dekabrda keçiriləcək dörddəbir finalda o, italiyalı Maria Spennato ilə qarşılaşacaq.
Fidan Bakarova (63 kq) gərgin keçən görüşdə polşalı Antonina Bineckanı 3-2 (29-26, 28-27, 29-26, 27-28, 27-28) hesabı ilə məğlub etdi. Növbəti turda, 14 dekabrda o, İngiltərəli Rihanna Holden ilə qarşılaşacaq.
17 yaşadək idmançılar arasında Avropa çempionatı 17 dekabrda başa çatacaq.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.