400 000 il əvvələ aid ən qədim yanğın izləri aşkar edilib
Antropoloqlar Avropada təxminən 400.000 il əvvəl qitənin ilk sakinləri tərəfindən yandırılan ən qədim yanğın izlərini Böyük Britaniyanın Suffolk şəhərində aşkar ediblər.
Britaniya Muzeyinin mətbuat xidməti bu barədə 10 dekabrda məlumat verib.
"Britaniyanın ilk yanğınlarını yandıran insanlar, çox güman ki, erkən Neandertallar olublar. Bunu Kentdə eyni dövrə aid yataqlarda, eləcə də İspaniyanın Atapuerka mağarasında tapılan fosillərin morfoloji xüsusiyyətləri göstərir. Həmkarlarımız hətta yerli Neandertalların qalıqlarından qədim DNT-ni ayıra biliblər", - deyə Milli Tarix Muzeyinin professoru Kris Stinqer izah edib.
Torpaq analizi göstərib ki, yanğın ocaqları bir neçə saat ərzində 400-600 dərəcə Selsi temperaturunda saxlanılıb. Bu, Buz dövründə sağ qalmaq üçün oddan qəsdən istifadə edildiyini göstərir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.