Mateus Silva: "Azarkeşləri məmnun etməyə çalışacağıq"
"Qarabağ"ın müdafiəçisi Mateus Silva bildirib ki, komanda Çempionlar Liqasının 6-cı turunun Bakıda "Ayaks"la oyununda vəziyyəti dəyişmək əzmindədir.O, Azərbaycan klubunun ötən il Avropa Liqasında 0-3 hesablı məğlubiyyətini şərh edərkən vurğulayıb: "Bəli, ötən mövsüm onlara böyük fərqlə uduzmuşduq. Amma deyə bilərəm ki, vəziyyəti öz xeyrimizə dəyişmək istəyirik".
Sabahkı matçın əhəmiyyətini qiymətləndirən Silva komanda daxilində həddindən artıq gərginliyin olmadığını qeyd edib: "Çempionlar Liqasının bütün oyunları böyük oyunlardır. Amma heç bir narahatlıq yoxdur. Digər oyunlara hazırlaşdığımız kimi, bu oyuna da hazırlaşacağıq".
Oyuna hazırlıq barədə danışan müdafiəçi əlavə edib ki, vaxt azdır, amma komanda necə oynamağı bilir: "Qarşımızda çox çətin oyun var. Təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız yox idi. Oyun fəlsəfəmiz hamımıza məlumdur. Hamımız meydanda nə edəcəyimizi bilirik. Öz meydanımızda oynayacağıq. Azarkeşləri sevindirməyə çalışacağıq".











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.