Masallı boksçusu III MDB Oyunlarının finalında
Masallıdan olan istedadlı boksçu Qardaş Rəhimov III MDB Oyunlarında finala yüksəlib.
Azərbaycanın ev sahibliyi etdiyi bu nüfuzlu yarışda 46 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız artıq qızıl medal uğrunda mübarizə aparmağa hazırlaşır.
Yevlax Olimpiya İdman Kompleksində keçirilən döyüşlərdə Rəhimov əvvəlcə Belarus təmsilçisinə 3:2 hesabı ilə qalib gəlib. Daha sonra tacikistanlı rəqibini də məğlub edərək möhtəşəm çıxışı ilə finala adlayıb.
Həlledici döyüş oktyabrın 5-də baş tutacaq. Qardaş Rəhimov bu dəfə özbəkistanlı boksçunun qarşısına çıxacaq və Azərbaycanı qızıl medala bir addım da yaxınlaşdıracaq.
Qeyd edək ki, Qardaş Rəhimov Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Onun məşqçisi-müəllimi Orxan Cəbiyevdir.
Gənc dəri əlcək ustamıza uğurlar arzulayırıq.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.