Qazaxıstanda hərbi helikopter itib
Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri yoxa çıxıb.
Bu barədə Sputnik Qazaxıstan öz Telegram kanalında məlumat yayıb.
Helikopter planlı uçuş zamanı radarlardan itib. Respublikanın Hava Hücumundan Müdafiə Qoşunlarının mətbuat xidmətindən bildirilib ki, onun axtarışına Müdafiə Nazirliyinin əlavə təyyarələri göndərilib.
İlkin məlumatlara görə, təyyarədə üç ekipaj üzvü olub. “Hazırda Müdafiə Nazirliyi və Fövqəladə Hallar nazirliklərinin qüvvə və vasitələrinin cəlb edilməsi ilə axtarış-xilasetmə işləri davam etdirilir”, - deyə Qazaxıstan Müdafiə Nazirliyi bildirib.
Axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox canlı qüvvəsi və 15-ə yaxın texnikası, o cümlədən Fövqəladə Hallar Nazirliyinin təyyarələri və pilotsuz uçan aparatları cəlb olunub. Hadisənin bütün hallarını aydınlaşdırmaq üçün hadisə yerinə xüsusi komissiya da göndərilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.