Rafiq ODAY:
Bu gün Cəlil Məmmədquluzadənin anım günüdür
Bu gün - 4 yanvar 2024-cü il tarixində yazıçı, dramaturq, jurnalist, ictimai xadim, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin (1869-1932) anım günündə Sumqayıt şəhərindəki abidə-büstünü ziyarət etdik. Büstün önünə qərənfillər düzdük, ruhuna dualar oxuduq.
Tədbirdə iştirak edən Sumqayıt ədəbi ictimaiyyətinin tanınmış nümayəndələri - İbrahim İlyaslıya, Asif Asimana, Xaqani Abbasəli Öztürkə, Əli Niyazbəyliyə, Mədaxil Cavadlıya, Əliyar Mərdiyevə və Rafiq Odaya dərin təşəkkürlər.
Neçə nəfərin iştirakı önəmli deyildi, önəmli olan anım günündə ustadın yad edilməsi idi...
Qeyd. Bir məsələni aidiyyəti qurumların diqqətinə çatdırmaq istərdik. Baxımsızlıq ucbatından abidə-büstdə bəzi problemlər yaranıb. Mən onları burda sadalamaq istəmirəm. Fevralın 22-də ustadın anadan olduğu gündür və həmin gün yenidən ədibin ruhunu ziyarət etməyi planlaşdırırıq. İnanırıq ki, yaxın bir neçə gün ərzində mövcud qüsurlar əlaqədar təşkilatlar tərəfindən aradan qaldırıacaq, biz də o məlumatı ədəbiyyatsevərlərin diqqətinə çatdıracağıq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.