Masallılı idmançı üçqat Avropa çempionudur
İtaliyanın Kaorle şəhərində keçiriən U20 Avropa çempionatında sərbəst güləşçimiz Ruzanna Məmmədova növbəti uğura imza atıb.
62 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna Avropa çempionu olub.
Ölkə millisinin 19 yaşlı üzvü R.Məmmədova çexiyalı Tereza Mraçkovaya "tuş"la, belaruslu Karina Fişçuka (UWW) isə 4:0 hesabıyla qalib gələrək yarımfinala, rusiyalı Yekaterina Radışevaya 3:2 hesabıyla qalib gələrək finala yüksəlib.
Həlledici görüşdə almaniyalı Leoni Steyqertlə üzləşən Ruzanna rəqibinə 4:3 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məlumat üçün bildirək ki, dəfələrlə Avropa, dünya çempionatlarının, beynəlxalq turnirlərin mükafatçısı, eləcə də dünya (U17) və üçqat Avropa (U17, U20, U20) çempionu Ruzanna Səxavət qızı Məmmədova Masallı rayonundandır.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.