Artıq 71 ölkədən olan cüdoçular dünya çempionatına yazılıb
İyunun 13-dən 19-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatına artıq yetmişdən çox ölkə qeydiyyatdan keçib.
Bu günə kimi 71 komanda mövsümün əsas startında iştirakını təsdiqləyib. İtaliya indiyə qədər ən böyük komandaya sahibdir (18 idmançı), ondan sonra Fransa, Almaniya və Cənubi Koreya (hər biri 17).
Bu arada bir sıra komandalar hələ ki, heyətlərini açıqlamayıblar. Xüsusən də tatami sahibləri, eləcə də Yaponiya, Braziliya, Monqolustan və bir çox başqa ölkələr hələ də imza atmayıb.
Azərbaycan millisi Benidormdakı (İspaniya) təlim-məşq toplanışı başa çatdıqdan sonra tərkibini müəyyən edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.