“Baku Open”də Muradlı, İsgəndərov və İbrahimli liderdirlər
Üç azərbaycanlı şahmatçı 100 faizlik nəticə nümayiş etdirərək "Baku Open" şahmat festivalının əsas turnirinin lider qrupunda qərarlaşıb.
Bakı turnirində ikinci turun oyunları baş tutub.
İkinci turda Azərbaycan şahmatçıları Maqomed Muradlı, Misrəddin İsgəndərov və Murad İbrahimli müvafiq olaraq Rəvan Əliyev (Azərbaycan), Jianjun Xie (Çin) və Vahap Sanal (Türkiyə) üzərində qələbə qazanıblar.
Nəticədə əlavə göstəricilərə görə İbrahimli birinci, Muradlı ikinci, İsgəndərov isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Aydın Süleymanlı neytral bayraq altında çıxış edən rusiyalı gənc David Əhmədova qalib gələ bilməyib: oyun heç-heçə başa çatıb. Onu da əlavə edək ki, Əhmədov bu yaxınlarda 16-cı dünya çempionu Maqnus Karlsenə qarşı onlayn turnirdə qalib gələrək diqqət çəkib. İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov da bərabərə qalıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.