25 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İran prezidenti qonşu ölkələrə müraciət edib

İran prezidenti qonşu ölkələrə müraciət edib

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elman Eldaroğlu: Xəyalları gerçəkləşdirən adam...

11 ay əvvəl 250 01

Elman Eldaroğlu:

Xəyalları gerçəkləşdirən adam...

Xəyal Rza- 45

Mehriban, sadə, təkəbbürdən uzaq adamdır. İnsanlara sevgiylə yanaşmağı, diqqət göstərməyi bacarır. Axırıncı dəfə onunla Şuşada görüşmüşdük. Yüz ilin dostları kimi bir-birimizdən hal-əhval tutub ayrıldıq. Amma çoxdandır ki, yollarımız kəsişmir...

“Mən mətbuat xidmətinə rəhbər təyin olunanda bəziləri deyib ki, biz onu tanımırıq. Bəli, bu mümkündür. Çünki nə mənim onları tanımaq, nə də onların məni tanımaq kimi borcumuz yoxdur. Təklif etmişəm ki, gəlin oturaq, tanış olaq. Çalışıram ki, hər kəslə münasibətlərimi yüksək səviyyədə qurum. Məndən əvvəl bu vəzifədə çalışan adam hər kəslə dost olan adam idi. O, bu dünyadan düşmən qazanmayıb getdi. Mən də çalışıram işimi dostluq konteksti üzərində qurum. Hazırda narazı insanlarla hansı layihələr üzərindən çalışmalı olmağın yollarını axtarıram. İstəyirəm birgə əməkdaşlıq edərək, dostluq münasibəti yaradım. Yəni barışdırıcı mövqe tutmaq istəyirəm...”- söyləyir.

O, 17 aprel 1980-ci ildə anadan olub. 1997-ci ildən mətbuatdadır. Müxtəlif qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. Qəzetdə şöbə müdiri də olub, redaktor, baş redaktor vəzifələrində də çalışıb. Şair və jurnalistdir. 2001-ci ildə işıq üzü görən ilk kitabı "O dünyaya məktublar" adlanır. Ümumilikdə beşdən çox kitabın, eləcə də beşə yaxın şeirlər audio kitabının müəllifidir. "Aşk olsun" adlı türkcə şeirlər kitabı 2017-ci ildə Türkiyədə, "The World Smells Love" şeirlər kitabı isə 2021-ci ildə ingilis dilində nəşr olunub. 2010-cu ildən hər il 5 iyun tarixində keçirilən Şairlər Günü layihəsinin ideya müəllifi və təşkilatçısıdır. Hazırda Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinə rəhbərlik edir...

Deyir ki:- “Ağdam deyəndə mənim yarımçıq qalmış arzularım, orada qoyub gəldiyim uşaqlığım yadıma düşür. Ən çox xatırladığım, məzəli də olsa, uşaqlıq sevgim, bir də başıma yağan qəlpələr, gözümün önündə alışıb-yanan evlərdir. Birinci sinfə gedəndə yüzə qədər sayıb beş almağım, müəllimimin alnımdan öpməyi, sevdiyim iki qızın arasında qalmağım- hamısı yadımdadır. İki qızı bəyənmişdim, bilmirdim ki, hansını sevim. Sonra gözümün qabağında alışıb-yanan Ağdam passajını xatırlayıram. İndi hansısa ticarət mərkəzinin təmtəraqlı açılış mərasimini görəndə mənə gülməli gəlir. Çünki Ağdamda olan ticarət mərkəzi heç bir yerdə yox idi. Ağdam çox imkanlı bir bölgə idi...”

Sovet hökuməti dağılandan sonra ölkəmizdə fəaliyyət göstərən kitab mağazalarının hamısının təyinatını dəyişdirib müxtəlif obyektlərə çevirdilər. Kitab oxuyanların sayı kəskin azaldı. Nə ictimai nəqliyyatda, nə parklarda, demək olar ki, heç yerdə əlində kitab tutub oxuyanlara rast gəlmirdik. Yarıcırılmış kitabları ancaq zibil qutularında, ağacdibində və s. yerlərdə görmək olardı. Doğrudur, tələbələr texniki kitabları mütaliə edirdilər, amma kitabxanalarda bədii kitabları isə toz basırdı. Bir sözlə, kitab urvatdan düşmüşdü. Sevindirici haldır ki, bir sıra soydaşlarımızın hesabına kitab oxumaq ənənəsi yenidən bərpa olmağa başlayıb. Həmin soydaşlarımızdan biri də haqqında söhbət açdığım Xəyal Rzadır. Bəli, onun təşkil etdiyi Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı məhz bu nəcib işə xidmət göstərir. Doğrudur, həftəboyu davam edən bu tədbirlərdə Bakı əhalisinin az bir hissəsi iştirak edir, amma necə deyərlər, başlanğıc olduğu üçün buna da şükür etmək lazımdır. İnanın ki, ötən otuz ildə Azərbaycanda kitaba bu qədər dəyər verilməyib...

Ümumiyyətlə, Xəyal Rzanın fəaliyyəti çox rəngarəngdir. Onun haqqında çox danışmaq olar. Bir şair kimi qələmə aldığı onlarla gözəl poeziya nümunələri var. Bir jurnalist kimi isə karyerası uğurlu olub. Bir vaxtlar 8 səhifə həcmində, həftədə 4 dəfə, 20 min tirajla çap olunan “Sensasiya” qəzeti onun əsas meydanına çevrilib. O, bu qəzetdə “O dünyaya məktublar” başlığı altında dərc olunan yazıları vasitəsilə məşhurlaşıb. Və sözügedən qəzetdə müxbir vəzifəsindən başlayaraq, baş redaktora qədər yüksələ bilib...

...Bəli, Xəyal Rza xəyalları gerçəkləşdirən adamlardandır...

Aprelin 17-si Xəyal bəyin 45 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, yaradıcılıq uğurları arzulayıram...

Elman Eldaroğlu

İqbal Nəhmət

Ürəkdən təbrik edirəm Xəyal müəllim! Yüz yaşayın qardaş!

Кафар Яфаров

Gözəl təbrikdir.

Mən də təbrikə qoşulub Xəyal Rzanı yubiley yaşı münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bilal Alarli

Təbrik edirəm! Xəyal ləyaqətli şəxsiyyətdir.

Shahin Shefiyev

Təbrik edirəm, övladlarıyla birgə gözəl günlər arzulayıram

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kərim Kərimli: QƏRİBƏ ADAM

Kərim Kərimli: QƏRİBƏ ADAM

John Doe 29 d. əvvəl

Cəmil Həsənli: Bu "Mənzərə"ni rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir

Cəmil Həsənli: Bu "Mənzərə"ni rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir

John Doe 19 saat əvvəl

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

John Doe 22 saat əvvəl

Məmməd Əvəzoğlu: Bir dəfə

Məmməd Əvəzoğlu: Bir dəfə

John Doe 22 saat əvvəl

Məmməd Əvəzoğlu: O mən olmuşam

Məmməd Əvəzoğlu: O mən olmuşam

John Doe 5 gün əvvəl

Cəsarət və qəhrəmanlıq dastanı- ÇANAQQALA DÖYÜŞÜ

Cəsarət və qəhrəmanlıq dastanı- ÇANAQQALA DÖYÜŞÜ

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com