BMA-da Moris Ravelin 150 illiyinə həsr olunmuş konsert keçirilib
15 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Moris Ravelin 150 illiyinə həsr olunmuş konsert keçirildi.
Konsertin ideya müəllifi olan Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının “Kamera ansamblı” kafedrasının professoru Məleykə Əhədzadə ön sözlə çıxış edib, dünya şöhrətli bəstəkarın yaradıcılığından bəhs etdi. Sonra, bütün qonaqları salamlayıb, tədbiri açıq elan etdi.
Ardınca söz “İfaçılıq” fakültəsinin tələbələrinə verildi.
Konsertdə BMA-nın professorları F.İdiatulina, F.Əhmədbəyova, T.Babayeva, M.Əhədzadə və R.Axundzadənin tələbələri - Fidan Musayeva, Fidan Salamova, Qəmər Mehdiyeva, Özcan Cabbari, Maya İsmayıllı, Nərmin Rəfiyeva, Zərrin Əliyeva, Nərmin Əbilova, Asim Xəlilov, Fərid Hacıyev bəstəkarın yaradıcılığından parlaq nümunələr ifa etdilər.
Gənc musiqiçiləri Z.Salamova, N.Qurbanova, Z.Usubova müşayiət etdilər.
Böyük coşqu ilə qarşılanan konsert tədbiri tamaşaçıların rəğbətini qazandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.