10 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Elm və Təhsil
YADA DÜŞƏN XATİRƏLƏR Elm və Təhsil

Kamran Nəzirli: Gözləri danışan Adam

1 il əvvəl 275 01

Kamran Nəzirli:

Gözləri danışan Adam

Elegiya əvəzi

(Unudulmaz müəllimim, dostum yazıçı-tərcüməçi Zeydulla Ağayevin əziz xatirəsinə)

1989-cu ilin yay ayı idi. Hörmətli nazirlərimizdən biri hökumət telefonuyla zəng vurub xəbər verdi ki, bəs, bizim görkəmli musiqiçilərimizdən biri rəhmətə gedib, Mərkəzi Komitənin katibinə məlumat verin. O vaxt mən MK katibinin köməkçisi vəzifəsində işləyirdim. MK katibi mənə nekroloq yazmağı tapşırdı (o zamanlar qayda beləydi), mən də ilk dəfəydi ki, könülsüz və ürək ağrısıyla vəzifəmi icra elədim. Xoşbəxtlikdən çox keçmədi ki, nekroloqa ehtiyac olmadı. Xəbər gəldi ki, həmin musiqiçi ölməyib. (O, indi də yaşayır, Allah ona can-sağlığı versin!).

İkinci dəfə isə nekroloq yazmağı mərhum dostum Arif Əmrahoğlu tapşırdı: Zeydulla Abdulla oğlu Ağayev dünyasını dəyişmişdi. Kaş o nekroloqa da ehtiyac olmayaydı! Təəssüf, çox təəssüf, bu xəbər doğruydu...

O, mənim müəllimim və dostum idi.

...Soyuq qış günlərinin birində ona baş çəkməyə getdim. Yatağa düşəndən bəri evlərinə getməmişdim. Hərdən telefonda danışırdıq. Hal-əhval tuturdum, özündən çox mənimlə maraqlanırdı.

Tez-tez "Allah kürəyində dursun!" deyirdi. Özü üçün heç kimdən heç nə xahiş etməzdi. Təbiəti beləydi: kiməsə kömək edər, kiminsə işinə yarayar, hansısa ədəbiyyat adamının xahişini özündən "aşağı-yuxarı" məmura eləyərdi. Xeyrə-şərə yaramağa da həvəsliydi. Amma həmin gün onu görəndə içimdə nəsə bir şey qəfildən qopub düşdü - onun fiziki varlığında mənim yaddaşıma hopmuş o güc, qüdrət, həvəs, o ehtiras və həyat eşqi qalmamışdı. Halı özündə deyildi, təkcə gözləri danışırdı.

Zeydulla müəllim sadəcə fiziki sağlamlığını itirmişdi, onun içindəki ziyalılıq nuru gözlərinə qonmuşdu. Gözləri danışırdı, əvvəlki şövqlə, əvvəlki ehtiras və həyat eşqiylə danışırdı gözləri.

...Danışırdı ki, həyatla ölüm arasındakı məsafə elə də uzun deyil - bəlkə elə doğurdan da gözlə qaş arasındadı. İnsan gərək hər zaman bunu dərk eləsin. Danışırdı ki, o, bunu çoxdan başa düşür - qısa, çox qısa ömür yolunu sağlam düşüncə ilə gedib, ruhən mərd, çalışqan, alicənab, dözümlü olub... Danışırdı ki, heç vaxt heç kimə öz üstünlüyünü nümayiş etdirməyib. Onun üçün əsl şərəf daşıdığı və icra etdiyi vəzifənin mahiyyəti olub. Hər kəsə xidmətinə və tutduğu vəzifə borcunu necə yerinə yetirməsinə görə qiymət verilməlidir.

Danışırdı ki, müəllimlik, tərcüməçilik, yazıçılıqla dolanıb, ailəsini, uşaqlarını dolandırıb, tələbələrini, dostlarını, qohum-əqrabasını qürurlandırıb, sevindirib; axı o, elmi-ədəbi və mədəni həyatın zəhmətkeş adamı olmuşdu!

Danışırdı ki, o, təfəkkür adamıdır; humanizm, xeyirxahlıq onun amalı, istedad və zəhmət yol yoldaşı olub. Dərin bilik və təcrübəsini, bütün imkan və əlaqələrini hər zaman mədəniyyətə, elmə, ədəbiyyata həsr edib, “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” kimi nəsr əsərləri yaradıb, C. London, A. Konan Doyl, T. Drayzer, E. Heminqvey, S. Moyem, A. Əzimov, A. Heyli kimi böyük yazıçıların əsərlərini dilimizə cevirib, çap etdirib.

Danışırdı ki, Azərbaycan-ABŞ əlaqələrinin yorulmaz, ardıcıl tədqiqatçısı olub, həqiqi elmlər doktoru, professordur. Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi məşhur yazıçılarla məktublaşıb və görüşüb.

Danışırdı ki, Ayzek Əzimovun Nyu-York şəhərində qonağı olub, ona Azərbaycandan, namərd qonşularımızın başımıza gətirdiyi oyunlardan, Qarabağımızdan söhbət açıb. Onu inandıra bilib ki, erməni iddiaları xülya, iftiradan başqa bir şey deyil. Vaşinqton və Kaliforniya Universitetlərində elmi araşdırmalar aparıb, Los-Anceles Universitetində yazıçı Ayra Levinin “Ölümqabağı öpüş” romanını tərcümə edib, Luiziana ştatının fəxri Vətəndaşı adına layiq görülüb...

Danışırdı ki, hələ Amerikada olanda Şanon Emersonun redaktorluğu ilə Müasir Azərbaycan nəsrinin nümunələrini- Elçinin "Hövsan soğanı", Anarın "Ötən ilin son gecəsi", Kamal Abdullanın "Üç, dörd-qapını ört", Afaq Məsudun "O", Sabir Əhmədlinin "Qara bayraqlar", İsi Məlikzadənin "Qonşular" hekayələrini ingiliscəyə tərcümə edib, kitab halında çap etdirib...

Danışırdı ki, məhz onun rəhbərliyi ilə "Erməni genosidi" kitabı ingilis dilindən tərcümə olunub və "Azərnəşr"də çap olunub SSRİ-yə rus dilndə yayılıb...

Danışırdı ki, məhz o, milli ədəbiyyatımız tarixində Artur Heylinin "Aeroport" romanını ilk dəfə olaraq birbaşa ingilis dilindən tərcümə edib və 1990-cı ildə "Yazıçı" nəşriyyatında çap etdirib...

...Onun gözləri beləcə danışırdı.

O danışan gözlərdən ayrılanda bayaq içimdən qəfil qopan şey yavaş-yavaş yerinə qayıtdı; sevinirdim ki, o gözlər hələ çox şeylərdən danışacaq -ümidlər, arzular, planlar, görüləcək işlər... ömrün daha gözəl, daha məhsuldar illərindən...

Sevincim uzun sürmədi. Bir neçə həftədən sonra, yəni Fevralın 17-də o gözlər qapandı. O gözlər bir daha danışmayacaq mənimlə. Sarsıldım. Bilmədim kimə zəng vurum, kimlərə xəbər verim. Arif yadıma düşdü (ah! hələ bundan sonra onun ağrılı itkisini də yaşayacaqdım!). Daha sonra Yaşara zəng vurdum. O da məndən nekroloq istədi...

...O vaxtdan bir il ötdü. Bir ildir ki, "Gözləri danışan Adam" aramızda yoxdur. Bir ildi ki, mən onlara zəng vura bilmirəm. Axı zəng vurub nə deyim? Həmişəki kimi deyim ki, Zeydulla müəllim necədir? Zemfira xanım da cavab versin ki, o, danışa bilmir?..

Bu yaxında onlara zəng vurdum. Zemfira xanımla, qızı Ləmanla danışdım. Onun əlyazmalarını, tərcümə etdiyi əsərlərinin diskini istədim, Yaşarla danışmışdıq ki, mərhum yazıçı-tərcüməçiləri də yad edək, onların arxivlərindəki tərcümələri çap edək, qoy ailələri bir qədər qonorar alsın...

Elə biz də Zemfira xanımla bu barədə danışdıq və sağollaşanda qeyri-ixtiyari həmişəki kimi gözləri danışan adam barədə düşünürdüm, dedim:

-Zeydulla müəllimə salam söyləyin!

Araya dərin, ağrılı sükut çökdü. Mən əziz müəllimimin öldüyünü unutmuşdum.

Kamran NƏZİRLİ

(Yazı "Aydın Yol" qəzetində çap olunub)

Nadir Xelilov

Allah rəhmət eləsin ruhu şad məkanı cənnət olsun amin gözəl insan idi şəxsən tanıyırdım

Əmir Gasımov

Ruhuna fatihə .Sədaqətli tələbə olaraq var olasınız

Javanshir Shibliyev

Allah Zeydulla müəllimə rəhmət eləsin. Zeydulla müəllimin xarakter xəritəsini baxışlar/gözlər üzərindən yorumlanmaq orijinal olmuş.

Şəfəq Nasir

Necə gözəl yazmısınız, Kamran müəllim. Xatirəyə verdiyiniz forma mətni çox oxunaqlı edib. Birnəfəsə oxudum... Ruhu şad olsun Zeydulla müəllimin.

Ibrahim Shiriyev

Böyük gardaşım Seyran Şiriyevlə bir oxuyurdular.,1968 ci ildə hər 2 si institutu fərglənmə diplomu ilə bitirdilər.Zeydulla müəllim İnstitutda müəllim galdi. Seyran Ailə vəziyyətinə görə Rayona Astaraya gayıtmağa məcbur oldu.

Amma ömrlərinin axırına kimi əlagələrini kəsmədilərİmkan olanda Zeydulla müəllim Astaraya Seyran müəllimin görüşünə gələrdi.Onları həm də ədəbi yaradıcılg yaxınlaşdirirdı.Seyran müəllim də Şair tərcüməçi idi.

Bir dəfə rəhmətlik Dekanımız İsmıxan zRəhimovla bizə Astaraya.gəlmişdilər..

Zeydulla müəllim məni Seyranın kiçik gardaşı olduğumdan tanıyırdi.

1967 ci il sentyabrın 1 də birinci dərs günündə o İsmixan müəllimlə auditoriyalara daxil olub Sunifkom təyin edirdilər.

Familyam oxunanda hər 2 si Sən Şiriyev Seyranın gardaşısan deyib məni sunifkom təyin etdilər.Zeydulla müəllim institutda BİLİK gəzetinin redaktotu olanda .mənim Artur Konan Doyldan tərcumə etdiyim ASLAN YALI hekayəsini gəzetdə çap etdirmişdi..

Mədəni ZİYALI İnsan idi.

Allah hər 3 Ziyalı İsmixan müəllimi Zeydulla müəllimi Seyran müəllimi rəhmət eləsin Ruhları şad olsun.

Aqacefer Hesenli

Bu yazını ilk dəfə oxuyuram. Hər şey mənə nağıl kimi gəlir.Əlbəttə, köhnə dostum Kamran Nəzirli ustalıqla görkəmli yazıçı-pedaqoqun, bənzərsiz tərcüməçinin portretini detallarla,yığcam şəkildə canlandırıb. Zeydulla müəllim mənim də qəlbimdə yaçayan ziyalı-şəxsiyyət idi, sonacan əyilmək bilmədi. Xeyli görüşlərim olub. Hələ ali məktəbin qəzetində işləyərkən dəfələrlə məndən çap etdirmək üçün şeir istəyib. Nədənsə, o çoxtirajlı mətbuat orqanında imzam görünməsə də, laqeydlik mən tərəfdən idi, əsla onda yox. Çünki Zeydulla müəllimin dürüstlüyü və dəqiqliyi bəlliydi. Onların Zabitlər bağında balaca çayxanası vardı: boş vaxtlarında Seyfulla Əsədullayev, Xeyrulla Məmmədov,Qulamhüseyn Əliyev və Zeydulla Ağayev həmin balaca guşəyə sığınır, dərdləşirdilər.Bu dörd görkəmli alim möhkəm dost idilər, ortada xətir-hörmət vardı.Hərdənbir onlara mən də qoşulur, görüb -götürürdüm. Təəssüf ki, ömür qısa və həyat fanidir.Allah Zeydulla müəllimə və adlarını çəkdiyim hər üç alimimizə rəhmət eləsin!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

John Doe 2 gün əvvəl

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

John Doe 5 gün əvvəl

Varis Yolçuyev: Deyiləsi sözümüz əlbət ki çoxdur!

Varis Yolçuyev: Deyiləsi sözümüz əlbət ki çoxdur!

John Doe 1 həftə əvvəl

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

John Doe 1 həftə əvvəl

Xalq şairi Süleyman Rüstəmin yubileyi qeyd olundu

Xalq şairi Süleyman Rüstəmin yubileyi qeyd olundu

John Doe 3 həftə əvvəl

Misir Ərəb Respublikası beynəlxalq təhsil sərgisində təmsil olunub (FOTO=44)

Misir Ərəb Respublikası beynəlxalq təhsil sərgisində təmsil olunub (FOTO=44)

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com