Xocalı soyqırımından 33 il ötür
Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımdan 33 il ötür.
1992-ci il Xocalı soyqırımı öz qəddarlığına və edam üsullarına görə bəşəriyyət tarixində “qara səhifələrdən” biri olaraq qalır.
1992-ci ildə Ermənistan silahlı qüvvələri Xocalıda kütləvi qətllər törətmiş, 613 dinc sakini qətlə yetirmiş və hadisə şahidlərinin yaddaşında silinməz iz qoymuşdur.
Cinayətkarlar qadınlara və uşaqlara aman vermədi, bəzi ailələr tamamilə yox oldu, bir çox xocalılılar demək olar ki, bütün yaxınlarını itirdi. Qırğından sağ çıxanlar işgəncəni və itki acısını hələ də unuda bilmirlər.
Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycanda və dünyanın bir çox ölkələrində qeyd olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.