Xaqani Cəfərli:
Ya çağdaş mədəniyyətə sahib olacağıq, ya da Şərqin cəhalət dünyasında batacağıq
Narendra Modi 2014-cü ildə iqtidara gələndə Hindistan ən böyük iqtisadiyyata malik ölkələrin sırasında 10-cu yerdə idi. İndi 5-ci yerdədir. Hindistanın hədəfi 2030-cu ildə ilk üçlüyə daxil olmaqdır. Dünyanın ən böyük investisiya banklarından biri olan Goldman Sachs-ın hesabatına görə, Hindistanın ÜDM-i 2075-ci ilə qədər 52.5 trilyon dollara çatacaq ki, bu da onu dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrəcək.
Rəcəb Tayyip Ərdoğanın başçılıq etdiyi AKP-i 2002-ci ildə iqtidara gələndə Türkiyə ÜDM-nin həcminə görə dünyada 17-ci yerdə idi. O zaman Türkiyənin hədəfi 2023-cü ildə ən böyük iqtisadiyyata malik ölkələrin siyahısında ilk onluğa daxil olmaq idi. Türkiyə bu hədəfinə çatmaq əvəzinə, bu gün ən böyük iqtisadiyyata malik 20 ölkənin sırasından çıxıb. Əgər belə gedərsə, 2030-cu ildə daha aşağılara düşəcək.
Təəssüf ki, belə acı gerçəklikləri yazmaq bəzi “türkçü” və islamçı soydaşlarımızı qane etmir. Ona görə belə müqayisələri Türkiyə və ya İslam əleyhinə yazı kimi dəyərləndirirlər.
Azərbaycan xalqının üç min illik tarixində ən böyük fikir adamı hesab etdiyim Mirzə Fətəli Axundzadə israrla yalnız çağdaş mədəniyyətə sahiblənən xalqların inkişaf edəcəyini yazırdı. Qarşımızada iki yol var: Ya çağdaş mədəniyyətə sahib olacağıq, ya da Şərqin cəhalət dünyasında batacağıq.
Məhəmməd Əmin Rəsulzadə Mirzə Fətəli Axundzadənin açdığı yolundan gedərək 105 il əvvəl çağdaş cümhuriyyət quraraq Azərbaycan xalqının adını dünyanın öncül toplumlarının sırasına yazmağı bacarıb. Azad ölkə və sosial dövlətə sahib olmanın tək yolu çağdaş mədəniyyətə sahib olmaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.