10 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Fazil Güney: Milli yaddaşımız – varlığımızdır

1 il əvvəl 267 01

Fazil Güney:

Milli yaddaşımız – varlığımızdır

Yaddaş adamın ağlı kəsəndən onun ayrılmaz hissəsidir: yaşam yolunu kamera təki çəkir... Bu fərdi “çəkilişdən” toplumun (ərəbcə “cəm” sözündən şəkillənmiş “cəmiyyətin), ulusun, ölkənin tarixi yaranır.
Orxan Fiktətoğlu etkiləndiyim “Yaddaş” yazısında (Ədəbiyyat qəzeti, 17.01.2025) göstərir ki, “qlobal siyasi düzənin yaddaşı yoxdur”. Belə çıxır ki, son dönəmlərdə dünyada təbliğatı aparılan qloballaşmaya yön verənlər Adəm törəmələrinin yaddaşını silməyə çalışırlar. Yəni törəmizin min-min illərdir yaratdığı və artıq bitkin hala gəlmiş yaşam tərzini, kültürünü, dədə-babalarının, millətinin dilini, bilgisini, bir sözlə nələri varsa qloballaşma adını verdikləri öz qazanlarında qaynadıb yox etmək istəyirlər. Amma onların yön verməyə çalışdıqları bu qatqılı qloballaşmanın matrisi özlərinin quraması olacaqdır. Dünyadakı səbatsız millətlərin, ulusların, önəmsiz toplumların, tayfaların beyinlərini yuyacaq, təmizlədikləri ağ səhifələrə istədiklərini yazacaqlar. Beləliklə, öz keçmişindən, kimliyindən, dilindən, milli gələnəyindən qoparılmış insan toplumlarını istədikləri səmtə asanlıqla yönəldəcəklər.
Bu sətirləri yazarkən ötən əsrin 20-30-cu illərində Rusiya şovinistlərinin milli dəyərlərimizi yox edib, kommunizm, bolşevizm olmayan proletar mədəniyyəti ideologiyası ilə başları doldurmaq cəhdlərini xatırladım. Bu olumsuz ideyaların arxasında çirkin siyasət dururdu. Amma qurbanlar versə də, millətimiz buna getmədi. Kəndlərimizə də işləmək adıyla göndərilmiş rus qızlarını millətimiz qəbul etmədi, assimlyasiya siyasətinə qarşı dirəşdi. İndisə qloballaşma şüarı arxasında gizlənən məlum güclər öz pazlarını çalmağa törəsiz, səbatsız, tarixsiz qurama toplumlar axtarırlar.
Bəs niyə bizlərə çox girişirlər? Birincisi, Qafqaz ölkələrinə, Türküstan dövlətlərinəyeni səlib yürüşlərində yol Azərbaycandan keçir. Zira bu coğrafiya elləri, adamları üçün Azərbaycan bir örnəkdir. İkincisi, bizlər gizli-aşikar gedən bu davanın ön cəbhəsindəyik. Bizi yenmədən irəliləmək olumsuzdur. Müstəmləkələrini, xammal mənbələrini itirən katolik Avropası son onilliklərdə Rusiyanın zəifləməsindən istifadə edərək Qafqaz və Xəzər regionuna, oradan da Orta Asiyaya çıxmaq üçün yollar arayır. Ancaq ən münasib sandıqları bu marşrutun üstündəki ölkələrin insan və maddi resursları güclüdür. Qədim tarixə, kültürə, dilə malik Azərbaycanın qan yaddaşının ayaqda saxladığı döyüşkən əhalisi vardır. Onu yenmək üçün ilk öncə qan yaddaşını məhv etmək gərəkdir. Bunun üçünsə ən əlverişli üsul səmtinin dəyişdirilməsi gərəkən “Qloballaşma” ideyasıdır. Zira öz milli dəyərlərini, dilini, tarixini, mədəniyyətini unudan millətin əsgərində Anayurd anlayışı olmur.
Mən qloballaşmanın tam əleyhinə deyiləm, zira bu təbii prosesdir. Ta əski çağlardan Adəm törəmə-törükləri yaşamın bütün sahələrində qaynayıb qarışmışlar, seçim edib yaxşını götürmüş, bütövləşmişlər. Amma proseslər doğal axarla getmişdir. Dini, siyasi, hərbi güclər ondan bugünkü təkin qullanmamışlar. Mətbəxdən tutmuş geyim mədəniyyətinə, tikintidə, texnologiyada yeniliklər götürüb özününküləşdirmişlər. Zəiflər, kökü olmayan qurama toplumlar güclülərin içində ərimişlər.
Qloballaşmanın indiki gedişində ona qarşı çıxmaq ağılsızlıqdır. Zira, qloballaşma günümüzdə iqtisadi, siyasi, texnologiya və mədəniyyət sahələrində gedir. Bizim üçün ən həssas nöqtə mədəniyyət sahəsidir. Biz millətimizin, ulusumuzun özəlliklərini, dilimizi, çox əskilərdən gələrək formalaşan kültürümüzü, törəmizi, mənliyimizi saxlamaqla öz axarımızla getməliyik. Ulu dədələrimiz Şumerlər “iti axan çayın əksinə üzməyi” ağılsızlıq saymışlar.
İgid oğullarımızın Vətən uğrunda tökdüyü qanlar, sərkərdələrimizin can qoyduqları müstəqillik dönəmində mən dünyada ad qazanmış Bakımızın küçələrində əcnəbi dillərdə yazılmış dükan, idarə adları olan lövhələri görəndə sinirlərim gərilir. Rusiya işğalı zamanı hər yerdə qurama rus dilinin işlənməsi məcburi idi. Bəs indi? Müstəqil dövlət olandan sonra necə? Öz dükanının, yeməkxanasının, şirkətinin adlarını əcnəbi dillərdə yazıb divara yapışdıran, kimsənin məcbur etmədiyi o adamlar kimlərdir? Biz özümüzük, Azərbaycan yurddaşlarıdır. Bunun bir nədəni anlamsızlıqdırsa, başqa səbəbi bir sıralarının özünü bu millətdən saymamasıdır.
Bizlər 200 ildir Qafqazda yeni səlib davası aparan güclərin qloballaşmadan öz xeyrlərinə istifadə etmələrini daima izləməliyik, onların tələlərinə düşməməliyik. Nədir bu tələlələr? Cinsi azlıqların hüquqlarının tanınması, gender bərabərliyi, yalançı demokratiya, uşaq hüquqları və s. adlar altında yeni nəsillərin min-min illər formalaşmış düşüncələrini dəyişdirməkdir. Son 25 ildə nə qədər gənc oğlan və qızlar cinslərini dəyişdirmişlər, nə qədər valideynin ürəyinə sağalmaz yara vurulmuşdur... Çox təəssüf ki, övladlarının bu hərəkətlərinə qarşı çıxan, onların psixoloji durumunu müalicə etdirmək istəyən valideynlər polis idarəsinə çağırılır, Avropadan maaş alan vəkillərin insan hüququnu pozma iddiaları ilə üzləşirlər.
Polisi də qınamaq olmur. Milli Məclis 2000-ci ilin əvvəllərində Avropa Şurasının tələbi ilə cinsi azlıqların hüququnun tanınması qanununu qəbul etmişdir. O zaman kəsiyində Azərbaycan buna məcbur idi. Hay-ermənilər hər tərəfdən, həmçinin AŞ tribunasından dövlətimizə qarşı iftiralar yağdırırdılar. Onlardan biri Azərbaycanda Avropa ölçüləri ilə insan hüquqlarının pozulması idi. Avropa Şurasına üzv olmaq istəyən Azərbaycanın qarşısına qoyulan tələblərdən biri Qərbin təşviq edib dəstəklədiyi cinsi azlıqların hüquqlarının tanınması idi. Yadımdadır, 90-cı illərdə yarıçılpaq cinsi azlıqların paytaxtın mərkəzi küçələrində toplaşmalarına polis mane olurdu. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına qəbul edilməsi iclasını müşahidə etmək üçün Strasburqa yollanan jurnalistlərin arasında mən də vardım. AŞ-nın məşhur binasında 2-ci qata qalxan qonaqları ilk qarşılayan sevgililər kimi bir-birinə qurşanmış iki gənc oğlanın böyük şəkli oldu... Avropa parlamentariləri qızğınlıqla homoseksualistlərin, lezbiyankaların hüquqlarını müdafiə edirdilər. Erkəklərini itirmiş “üçüncü cins” olan bu adamlarla söhbət zamanı əllə görüşməkdən iyrənirdim.
Bizim günlərdə başda Fransa olmaqla bir sıra Avropa ölkələrində cinsi azlıqlara yaşıl işıq yandırılır. Bu yaxınlaradək Fransa hökümətinə Makronun təyinatı ilə başçılıq etmiş homoseksual baş nazir rəsmi izdivacda olduğu kişisini xarici işlər naziri vəzifəsinə gətirmişdi... Katoliklərin aparıcı dövləti Fransa bir sıra dünya ölkələrində onu dəstəkləyəcək, gərəkəndə küçələrə çıxara biləcəyi homoseksual və lezbiyankalardan ibarət 5-ci kolonunu yaratmaq istəyir. Bunun üçünsə yeniyetmə yaşından gənclərin beynini yumaq gərəkdir.
Orxan Fikrətoğlunun “Ədəbiyyat qəzeti”ndə qaldırdığı məsələ ilə - “Ruhsal sərhədlərimiz bu gün basqı altındadır. Biz özümüzü bu saxta beyin axınından qoruya bilirikmi? Bunun üçün təşkilatlanmışıqmı?” fikirləri ilə həmrəyəm. Bəli, biz təşkilatlanmalıyıq. Gecikmirikmi?
Yazımı bir neçə il öncə Quzey Afrikanın qədim Mərakeş şəhərində qatıldığım simpoziumda çıxış etmiş bilim adamının sözləri ilə bitirmək istəyirəm: “Bizim dəyərlərimizə qarşı aparılan təbliğat artıq evlərimizə girmişdir”.
Bu tanınmış şeyx öz problemlərindən, internet vasitəsilə ərəb ölkələrində gənclər arasında aparılan təbliğatdan şikayətlənirdi. Onun çıxışındakı düşmənlərin təbliğat maşını “evlərimizə girmişdir” ifadəsi illər keçsə də fikrimdən çıxmır. Zira, bu sözlərdə ibrət götürüləsi gerçəklik vardır. Biz ruhsal sərhədlərimizi aşıb evimizin içinə girmiş viruslarla üz-üzə qalmışıq. Bu virusları yox etməksə bizim özümüzdən asılıdır. Uşaqları, gəncləri milli ruhda yetişdirmək, özümüzü, dəyərlərimizi onlara tanıdıb sevdirmək tək qurtuluş yoludur. Bunun üçünsə milli ideologiyamızı yaratmalı, sıralarımızı gücləndirib addımlamalıyıq. Yüz illər boyu başqalarının yazıb, yazdırdığı tariximizi - Şumerlərdən üzü bəri gerçək tariximizi yeni, obyektiv redaktə ilə özümüz yazmalıyıq.

Fazil Güney,
Yazıçı, Əməkdar jurnalist, ərəb filologiyası üzrə fəlsəfə doktoru,
İƏT Üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının sədri.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 3 gün əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 6 gün əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 1 həftə əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 1 həftə əvvəl

Xatirə Rəhimli: VƏTƏN!

Xatirə Rəhimli: VƏTƏN!

John Doe 1 həftə əvvəl

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com