Azərbaycan idmançılarının medalları ilə bağlı MOK-a rəsmi müraciət göndərilib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları medalların keyfiyyətinin pisləşməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət ünvanlayıb.
Bu barədə MOK-un mətbuat xidmətindən məlumat verilib.
Paris Olimpiadasında Azərbaycan Olimpiya komandasının idmançıları cüdo, taekvondo, boks, yunan-Roma və sərbəst güləş kimi idman növləri üzrə medallar qazanıblar. Ümumilikdə komanda iki qızıl, iki gümüş və üç bürünc medal qazanıb. Bu ay olimpiyaçılar medalların keyfiyyətinin pisləşməsi ilə bağlı MOK-a müraciət ediblər. Komitə həmin idmançıların müraciətləri əsasında araşdırma aparıb və məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan başqa, digər beş idmançının medallarında nəzərəçarpacaq dəyişikliklər olub.
Məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin qızıl medalı, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqesin gümüş medalları, yunan-Roma güləşçisi Həsrət Cəfərov və sərbəst güləşçi Georgi Meşvildişvilinin bürünc medalları orijinal görünüşünü və keyfiyyətini itirib.
Bu araşdırmanın nəticəsi olaraq MOK BOK-a rəsmi müraciət ünvanlayıb. BOK-dan cavab alındıqdan sonra medalların qaytarılması və yeniləri ilə əvəz edilməsi üçün əlavə addımlar atılacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.