"Tesla" tarixdə ilk dəfə avtomobil satışında "Audi"ni qabaqladı
Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla 2024-cü ilin sonuna qədər qlobal avtomobil satışlarında ilk dəfə Alman premium markası "Audi"ni geridə qoyub.
"Volkswagen AG"nin bir hissəsi olan Audi 2024-cü ildə 1,67 milyon avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 12 faiz azalıb. Avropa və Çində artan rəqabət, eləcə də öz elektrik modellərinə zəif tələbatla mübarizə aparan brend, keçən il 1,79 milyon avtomobil tədarük edən İlon Maskın "Tesla"sından geri qalıb.
Tesla Model Y krossoveri dünyada ən çox satılan avtomobillərdən biridir və bu il yenilənəcək. Bu fonda Audi və digər alman avtomobil istehsalçıları Çində lüks avtomobillərə zəif tələbatla üzləşirlər. Avropada bir sıra ölkələrin elektromobil alqı-satqısı üçün subsidiyaları kəsməsindən sonra elektriklə işləyən avtomobillərə tələb proqnozlardan aşağı düşüb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.