Ağcabədidə yaş barama təhvilinə start verilib
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasının həyətində baş tutan təhvil prosesində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyətinin məsul şəxsləri, mərkəzin rəhbərliyi və rayonun Aran, Aşağı Avşar, Hacılar, Kəbirli, Qaravəlli, habelə Şahsevən Təzəkənddən olan kümçülər iştirak ediblər. Kümçülər 682 kq barama təhvil veriblər. Ümumilikdə isə iyunun 5-nə olan məlumata görə bu rəqəm 920 kiloqramdır. Növbəti günlərdə də barama təhvili prosesləri davam etdiriləcək.
Məlumat üçün bildiririk ki, barama təhvilində Şəki İpək Açıq Səhmdar Cəmiyyətinin də nümayəndələri yaxından iştirak ediblər. Qeyd edək ki, mayın 3-də Ağcabədi kümçülərinə Qax Damazlıq Birliyindən 455 qutu tut ipəkqurdu toxumu verilmişdi. Yüksək nəticə üçün çalışan rayon kümçülərinin məqsədi bu il də bol məhsuldarlıq əldə etməkdir.
Mais İbrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.