Ermənistan Aİ-yə üzvlük prosesinə başlayır
Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib.
Bu barədə qərar Nazirlər Kabinetinin yanvarın 9-da keçirilən iclasında qəbul edilib. İndi sənəd təsdiq olunmaq üçün ölkə parlamentinə göndəriləcək.
Hökumətin əsaslandırmasına görə, təşəbbüsün təsdiqlənməsi “Ermənistan Respublikası vətəndaşlarının onun Avropa İttifaqına tamhüquqlu üzv olması ilə bağlı gözləntilərini daha reallaşdıracaq” və bu məsələnin müzakirəsi üçün iş mühiti yaradacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, qanun layihəsi “sözün birbaşa mənasında Ermənistanın Avropa İttifaqına üzvlüyü demək deyil”, çünki ölkənin birliyə qoşulması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər. “Ancaq onu da qeyd etməliyik ki, referendumdan əvvəl müəyyən tədbirlər görməliyik: Avropa İttifaqı ilə yol xəritəsini müzakirə etməliyik”, - Paşinyan vurğulayıb.
Sentyabrda Ermənistan və Aİ vizasız rejimlə bağlı danışıqlara başlayıb. Aİ-yə qısamüddətli səfərlərdə olan Ermənistan vətəndaşları üçün vizaların ləğvi şərtinin ölkə hakimiyyətinin sərhəd nəzarəti, miqrasiya və korrupsiyaya qarşı mübarizə sahələrində “əhəmiyyətli islahatlar” həyata keçirməsi olduğu bildirilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.