19 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA

Bahəddin Həzi: Normadan artıq... "havalananda"

5 ay əvvəl 119 01

Zahir Mammadli

Normadan artıq tərifləmək istəmirəm.

Mustafayev Saqif

Şərhsiz

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Bahəddin Həzi:

Normadan artıq... "havalananda"

"У природы нет плохой погоды" ( "Təbiətdə pis hava yoxdur"). Bu mahnı ötən əsrin "durğunluq" illərinin idilliyasından... qalıb. İrina Ponarovskayanın təkrarsız ifası rejissor Eldar Ryazanovun "İşdə məhəbbət macərası" filmi ilə yaddaşlara köçdü. Üstəlik akrtisa Alisa Freyndlixin inanılmaz şarmının işığında.

Doğrudan da, təbiətdə pis hava yoxdur, sadəcə, havaya pis münasibət - hava ilə dava var. Hər halda, deyəsən, tək elə bizim cəmiyyətdə.

Hava məlumatlarını dinləyib, nəzərə almaq əvəzinə, havanı hədəfə alırıq.

"İqlim dəyişib" deyirik. Ancaq, görünür, iqlimlə bərabər, ya da, ola bilsin, hətta iqlimdən əvvəl elə biz özümüz dəyişirik. Hava bir az dəyişən kimi elə hava yaradırıq ki... Elə bil bu saat dünya dağılacaq!

Xəbər lentləri "qaraxəbərçilik" moduna köklənir, sosial şəbəkələr, onlayn media platformaları fəlakət proqnozları ilə dolub-daşır: "Dözülməz istilər düşəcək! ""Qar gəlir!", "Yollar buz bağlayacaq!" "Bir leysan yağacaq ki, tut ucundan göyə çıx!"

Havalar soyumağa macal tapmamış adamı həyatdan soyudur bu yersiz "hava həyəcanı". Yayda da istilər düşməmiş "yanıb- yaxılırıq". Elə bax bu yanvar yazı xatırladan havadan da gileyliyik. Qış sərt olsa da vay, olmasa da vay!

Nə xəbərsiniz axı?! Nə olub?! Yayda isti olar, qışda soyuq. Burda heyrətlənəcək nə var ki?!

Dünyada elə yerlər var, elə yerlər! Dəşti Lut, məsələn, yayda 70 dərəcədən çox istilər görür. Oymyakonda isə qışda 70 dərəcədən çox şaxta olur.

Bunun bizə bir istisi-soyuğu yoxdur, əlbəttə; o yerlər başqa ölkələrdədir. Biz isə 30 dərəcə istidən, 3 dərəcə şaxtayədək qorxuruq.

Əslində qınamaq da olmur; havanın 3-5 dərəcə oynaması bizə həmişə baha başa gəlir. Belə anomal havalarda qiymətlər də "oynayır"; əldə-ovucda qalan 3-5 manat da əldən çıxır. Ölkə qiymət möhtəkirlərinin çaldığı "havaya oynayır". Qışda kombi, yayda kondisioner cibimizi elə soyur ki, durduğumuz yerdə... lap havalanırıq. İqlim anomaliyası özü ilə qiymət, tarif anomaliyası da gətirir.

Göydə Allah, yerdə statistika var; dana bilmərik. O doğrudur ki, bütün dünyada havaların həddindən artıq isti və həddindən artıq soyuq keçməsi mal və məhsulların istehsal, tədarük, saxlanma, daşıma xərclərini artırır. Bu da satış bazarlarına təsirsiz ötüşmür. Tacir də bir az insafdan kəsdimi, iş tamam...

Amma bizimkindən də soyuq, bizimkindən də isti ölkələr var. Orda da adamlar yaşayır. Heç Çadda istidən bu qədər gileylənən, Norveçdə bizdəki qədər havaya bunca "soyuq" yanaşan yoxdur.

Çox yerdə, ya da elə hər yerdə insanlar təbiəti olduğu kimi qəbul edir, uyğunlaşıb yaşayır. Biz, deyəsən, havanı özümüzə "uyğunlaşdırmaq" istəyirik.

Dövlətin, cəmiyyətin qanunlarına necə yanaşırıqsa, təbiətin də qanunlarına elə yanaşırıq. Özümüzü inandırmışıq ki, Bakıya qış yaraşmır. Ona qalsa, yay heç yaraşmır. Yaz, payız desən, külək, yağış...

Yox, Bakıya bu cür şəhər idarəçiliyi yaraşmır. Budur məsələ! Qarı-qasırğanı qarğımağın, Günəşdən küsüb, küləkdən bezməyin yeri yoxdur.

Şəhərə leysan düşür, küçələrdən "çaylar" axır. Hərəkət iflic olur, həyat dayanır. Şəhər idarəçiliyini "sel aparır". Hamı da, baxırsan, sosial mediada leysanın ucundan tutub... ucuzluğa gedir. Cəmiyyət özünün yaratdığı problemi təbiətin ayağına yazır; "normadan artıq yağış düşüb" deyirik.

Hə, normadan artıq yağış düşə bilər; bunu heç dilə gətirib demək lazım deyil. Normadan artıq yağış, qar yağa bilirsə, normadan artıq isti olursa, buna insan əvvəlcədən artıq hazır olmalıdır. Həm də "normadan artıq" hazır! Amma, gəlin, görək, məsul xidmətlər, orqanlar hazırdırmı?! Sabah elə normaya uyğun qar yağsa, yola səpiləcək duz norması varmı əlimizin altında?! Normal işləyən texnika varmı?! Yoxsa kommunal işçilərin əlindəki beli, kürəyin ümidinə qalmışıq?!

Təbiət bizə görə norma qoymayıb ki. Biz özümüzə görə yağış norması, dolu norması, qar, külək... normaları düşünüb "tapmışıq". Bir halda ki öz "normamızı" özümüz təyin edirik, onda Allahın havasına "anormal" deməyəcəyik. Gözlənilməzi həmişə gözləyəcəyik; hazırlıqlı olacağıq, vəssəlam!

Sən şəhəri düzgün tikməmisən, yolu düzgün çəkməmisən, betonu düzgün tökməmisən, buna təbiət neynəsin?! Çirkab sularının ötürücülərini doğru-düzgün quraşdırmamısansa, yağışı günahlandırmağın nə mənası var?! Buludu məhkəməyə verəcəksən?!

Göydən yerə "normadan artıq" heç nə yağmaz, əgər yerdən göyə normadan artıq heç nə göndərilməsə.

İnsan özü büdcə pullarını normadan artıq qamarlayır, körpüdən, asfaltdan, daşdan, sementdən kəsib yeyir. Boruları "dişləyib" udur. Kanalizasiyadan... Tövbə, tövbə!

Normadan yekə ev, villa, saray tikdirmək, normadan bahalı maşında gəzmək, "normadan uzaq" adalarda günəşlənmək, "normadan yuxarı" vəzifəyə getmək... Bunları etmək üçün də "normadan artıq" korrupsiyaya uğramaq! Sonra da demək ki, yağış öz normasından yayınıb, külək öz hədəqəsindən çıxıb, qar öz əndazəsini aşıb, şaxta öz dərəcəsini keçib... bunlar, ən azı gülməlidir.

Əgər normadan çox ağlamalı deyilsə...

Nəyin norması nə qədərdir - nə normaldır bu dünyada, nə anormaldır? Bunları qoyaq bir yana. Axı heç kim o biri dünyaya NORMADAN ARTIQ heç nə aparmayacaq...

Bir sözlə, Təbiətdən küsməyin, biz onun bir parçasıyıq. Təbiət həm də elə bizik!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bəhram Şəms: Millətin fikri-zikri sinəsini, dalını şişirdənlərin yanındadır

Bəhram Şəms: Millətin fikri-zikri sinəsini, dalını şişirdənlərin yanındadır

John Doe 6 gün əvvəl

Dəniz səviyyəsinin qalxması təhlükəsi ilə Qrenlandiya rekord sürətlə buz itirir

Dəniz səviyyəsinin qalxması təhlükəsi ilə Qrenlandiya rekord sürətlə buz itirir

John Doe 1 həftə əvvəl

Qohumluğun anadan keçdiyi qədim əhali Asiyada tapıldı

Qohumluğun anadan keçdiyi qədim əhali Asiyada tapıldı

John Doe 1 həftə əvvəl

Planet kritik temperatur maneəsini aşa bilər

Planet kritik temperatur maneəsini aşa bilər

John Doe 3 həftə əvvəl

Finlandiyada 18-ci əsr qalası 1 avroya satılır

Finlandiyada 18-ci əsr qalası 1 avroya satılır

John Doe 3 həftə əvvəl

Ən böyük dinozavrların kütləvi dəfni tapılıb

Ən böyük dinozavrların kütləvi dəfni tapılıb

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com