Suriyanın yeni hökuməti xaricə ilk rəsmi səfərini edib
Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani xaricə ilk rəsmi səfəri üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.
Səfərin görüntüləri Suriya mediasında yayılıb.
Səudiyyə Ərəbistanına gedən Suriya nümayəndə heyətinə müdafiə naziri və kəşfiyyat xidmətinin rəhbəri də daxildir.
Müvəqqəti hökumət hələlik səfərin məqsədi və müddəti ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, dəvət Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən gəlib.
“Mən Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Zati-aliləri Faysal bin Fərhan Al Səuddan Krallığa səfər etmək üçün rəsmi dəvət almışam. Mən bu dəvəti məmnuniyyətlə qəbul edirəm. İlk rəsmi səfərimdə ölkəmi təmsil etmək mənim üçün böyük şərəfdir”, - Əl-Şaibani Ər-Riyada ilk səfərindən əvvəl X səhifəsində bildirib.
O, Suriyanın yeni hökumətinin Ər-Riyadla strateji əlaqələr qurmağa ümid etdiyini vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.