Azərbaycan və Rusiya qəzanın məhkəmə-tibbi ekspertizasına BURAXILMAYACAQ
Qazaxıstan Rusiya və Azərbaycan ekspertlərinin Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertizasında iştirakına icazə verməyəcək.
Bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib.
Bozumbayevin sözlərinə görə, xarici ekspertlər qəzanın təhqiqatında iştirak edə biləcəklər.
“Cinayət-Prosessual Məcəlləyə əsasən, Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının cinayət işinin istintaqında iştirakı nəzərdə tutulmayıb. Bununla belə, onlara təyyarə qəzası ilə bağlı araşdırmalarda iştirak etmək imkanı veriləcək”, - deyə baş nazirin müavini bildirib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı marşrutu ilə uçan Embraer 190 sərnişin təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin və 5 ekipaj üzvü) olub.
Sərnişin təyyarəsinin qəzaya uğramasından sonra 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 15 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Rusiya Federasiyası, 3 nəfəri Qırğızıstan Respublikasının vətəndaşıdır. Hələlik bir nəfərin şəxsiyyəti müəyyən edilməyib.
Həm ekipaj pilotu, həm də stüardessa iki ekipaj üzvü sağ qalıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.