AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb
Aktau yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb.
Bunu Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev AZAL təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı Astanada keçirdiyi brifinqdə deyib.
“İki qara qutu tapılıb və Hava Qəzalarının Təhqiqat İdarəsinə təhvil veriləcək. Sonra isə onlara baxılacaq”, - Ordabayev qeyd edib.
O, təyyarənin qəzaya uğradığı yerdə görülən işlərdən də danışıb.
“Biz zərərçəkənləri və yerüstü xidmət işçilərini dindirdik. Bütün şahidləri də müəyyən edirik. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı ələ keçirilib. Tamamlanma mərhələsində hadisə yerinə baxış 4 min kvadratmetrdən çox ərazini əhatə edir. Ərazi polis qüvvələri tərəfindən qorunur”, - deyə o, izah edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.