Azərbaycanın NATO yanında nümayəndəliyində başsağlığı kitabı açılıb
Azərbaycanın NATO yanında nümayəndəliyi Qazaxıstanın Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı kitabı açıb.
Bu barədə nümayəndəliyin X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
“Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 38 nəfərin xatirəsinə 26-27 dekabr tarixlərində saat 10:00-da Azərbaycanın NATO yanında nümayəndəliyinin binasında başsağlığı kitabı açılacaq. 15:00-a qədər”, - məlumatda deyilir.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Arilines” şirkətinin “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 sərnişin ölüb, üçü uşaq olmaqla 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, 2024-cü il dekabrın 26-da təyyarə qəzasında həlak olanların xatirəsinə Azərbaycanda matəm elan edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.