RUSİYADA YENİ MİQRASİYA QAYDALARI QÜVVƏYƏ MİNİR: Azərbaycan vətəndaşlarını nə gözləyir?
2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək. Belə ki, bu tarixdən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün olacaq.
Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar olduqda (əmək fəaliyyəti üçün patent alındıqda, müvəqqəti yaşamaq üçün ərizə qəbul edildikdə və s.) Bu müddət uzadıla bilər.
Azərbaycan vətəndaşı Rusiya Federasiyasının dövlət sərhədini keçdiyi gündən yeddi iş günü ərzində olduğu yerdə qeydiyyatdan keçməlidir. Yaşayış yeri üzrə miqrasiya qeydiyyatı üçün ərizəni Azərbaycan Respublikası vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyasının vətəndaşı, bu ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan vətəndaşının özü.
Yaşayış yeri üzrə qeydiyyatla bağlı ərizə qəbul edən tərəf tərəfindən verilirsə, Azərbaycan vətəndaşı ona müvafiq sənədləri (miqrasiya vəsiqəsi və şəxsiyyəti təsdiq edən sənəd) təqdim etməlidir. AR vətəndaşı yaşayış yeri üzrə qeydiyyat (miqrasiya qeydiyyatı) ilə əlaqədar müstəqil olaraq Rusiya Daxili İşlər Nazirliyinin (DİN) miqrasiya idarələrinə müraciət etmək hüququna malikdir.
Bu sorğu dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz tərəfindən də verilə bilər. Azərbaycan vətəndaşı olduğu yer üzrə qeydiyyatla bağlı aşağıdakı hallarda vahid portal vasitəsilə elektron qaydada müraciət edə bilər:
- faktiki yaşayış yerinə mülkiyyət hüququ olduqda;
- Azərbaycan vətəndaşının qəbul edən tərəflə yaşayış yeri üzrə icarə müqaviləsi bağlandıqda;
- qəbul edən tərəfə Azərbaycan vətəndaşının ölkəyə gəlməsi barədə bildiriş təqdim etməyə mane olan hallar (üzrlü səbəb göstərilməlidir, rəsmi sənədlə təsdiq edilməlidir) olduqda.
Azərbaycan vətəndaşları Rusiyaya işləmək üçün gələrkən əmək patenti almaq üçün müraciət edərkən (daxil olduqları gündən 30 təqvim günü müddətində) fotosu çəkilməli, barmaq izinin məcburi dövlət qeydiyyatına alınmalı və tibbi müayinədən keçməlidirlər. Rusiya Federasiyasına başqa məqsədlərlə gələn və bu ölkənin ərazisində 90 gündən artıq qalmağı planlaşdıran həmvətənlər ölkəyə daxil olduqları gündən 90 təqvim günü ərzində müəyyən edilmiş prosedurlardan keçməlidirlər (şəkil çəkilməli, barmaq izinin məcburi dövlət qeydiyyatından keçməlidirlər).
Yaşayış icazəsi üçün sənədləri təqdim edərkən bu prosedurların yerinə yetirilməsi zəruridir.
Barmaq izinin qeydiyyatı və fotoçəkiliş üçün Azərbaycan vətəndaşları Daxili İşlər Nazirliyinin regional miqrasiya orqanlarına və ya onların tabeliyində olan qurumlara, habelə Moskvadakı səlahiyyətli təşkilatlara müraciət etməli və müvafiq sənədi almalıdırlar.
Rusiya Federasiyasının hüdudlarından kənara çıxmadan işlə bağlı hallar istisna olmaqla, Rusiyaya başqa məqsədlərlə gələn Azərbaycan vətəndaşlarının miqrasiya kartında göstərilən ölkəyə gəliş məqsədini dəyişdirmək hüququ vardır. Təhsil almaq məqsədi ilə Rusiya Federasiyasında olan Azərbaycan vətəndaşının müvəqqəti olma müddəti müvafiq ərizə və təhsilini təsdiq edən sənədlər əsasında uzadılır.
Rusiyada qalma və yaşama qaydalarına əməl etməyən həmvətənlər cəzalandırıla bilər (cərimə, qalma müddətinin azaldılması, deportasiya). Əlavə olaraq nəzərə almaq lazımdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq, bu ölkəyə daxil olarkən əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları miqrasiya kartı doldurmalıdırlar. Sonuncunu Rusiyanın dövlət sərhədindəki keçid məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiya Federasiyasına uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək olar. Miqrasiya kartı rus dilində və ya pasportdakı (şəxsiyyəti təsdiq edən sənəd) məlumatlara uyğun olaraq latın hərfləri ilə doldurulmalıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.