“Gender bərabərliyini qoruyaq və təşviq edək!” gənclər üçün Forum Teatr ikinci seminarı Lənkəranda keçirilmişdir
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender bərabərliyini qoruyaq və təşviq edək!” gənclər üçün Forum Teatr layihəsinin icrasına başlanılmışdır.
Layihənin əsas məqsədi Azərbaycan cəmiyyətində mühüm yeri tutan gənclərə gender bərabərliyini təşviq etmək və gender bərabərsizliyi məişət zorakılığının bir qolu kimi maarifləndirici seminarlar keçmək və gender problemlərini Forum Teatr vasitəsilə cəmiyyətə çatdırmaqdır. Problemin həlli üçün gənclər gender bərabərliyi ilə bağlı seminarlar vasitəsilə və Forum Teatr vasitəsilə maarifləndiriləcəklər.
Forum Teatr tamaşaları Azərbaycanın müxtəlif regionlarında qız uşaqlarına qarşı ayrı-seçkiliyin, zorakılığın müxtəlif növlərinin, təhsildən yayınma və erkən nikahın qarşısının alınması və s. bu kimi sosial problemlərə toxunan mövzularda əhalidə olan müxtəlif stereotiplərin, ictimai fikrin dəyişməsinə və ya formalaşmasına ehtiyac vardır.
Layihənin ikinci seminarı Lənkəran rayonunda yerləşən Lənkəran Gənclər Evində keçirilmişdir. Seminarlarda 45 nəfər gənc iştirak edirdi. Layihəni Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə Cavadova açaraq, Lənləran-Astara Regional Gənclər və İdman İdarəsinə göstərdikləri təşkilati dəstəyə görə öz minnətdarlığını bildirdi. Gender bərabərliyinin cəmiyyətin bütün sahələrində qorunmasının və məişət zorakılığının qarşısının alınması üçün valideynlərin də gələcəkdə belə seminarlara qatılmasının vacibliyindən danışdı. Lənkəran Təhsil Sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə də layihənin gənclərin gələcək ailə münasibətlərinin formalaşmasında böyük rol oynayacağından və onların belə layihələrə daha çox ehtiyac duyduqlarından danışdı.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.