Üzgüçülərimiz Estoniyanın Açıq Qış çempionatında yarışacaqlar
20-22 dekabr günlərində Estoniyanın Tatu şəhərində üzgüçülük üzrə bu ölkənin Açıq Qış çempionatı keçiriləcək. 3 gün davam edəcək həmin çempionatın medalları uğrunda Azərbaycan təmsilçiləri də mübarizə aparacaqlar. Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, ölkəmiz bu yarışda beşi qadın olmaqla 15 idmançı ilə təmsil olunacaq.
Kişilərin yarışında Ramin Vəlizadə, Rəşad Abdullayev, Əbdürrəhman Rüstəmov, Səid Həmidov, Orxan Əliyev, Timur Beker, Oqtay Hüseynov, Fərhad Şirməmmədli və Amin Oruclu, qadınlar arasında isə Fatimə Alkərəmova, Anastasiya Boborikina, Vlastina Xasyanova, Mehri Əbdürrəhmanlı və Məryəm Cavadova öz bacarığını nümayiş etdirməyə çalışacaq. Qeyd edək ki, təmsilçilərimiz bu 3 gün ərzində müxtəlif üsullarla müxt\əlif məsafələrdə mübarizə aparacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.